Əsas səhifə Avtomobil Elektrikli avtomobillərin satışı rekord qırır

Elektrikli avtomobillərin satışı rekord qırır

627
PAYLAŞ

Amerikada elektrikli avtomobil sektorunun gəldiyi son nöqtəni anlamaq üçün yeni bir araşdırma hesabatı nümayiş olunub. 2016-cı ildən başlayan satış artımı, 2017-ci ilin yanvar ayında 70 faiz artaraq böyük bir müvəffəqiyyətə imza atıb. Azərbaycanda isə elektrikli avtomobillərin satışı hələ istənilən səviyyədə deyil.

Amerikada illərə görə elektrikli avtomobillərin satışı cədvəldəki kimi artım göstərir:

Elektrikli avtomobillərin satışı araşdırıldığında il sonunda 30 fərqli modelin 159 minə yaxın satıldığı halda, beş fərqli modelin 2016-ci ildə ön plana çıxdığı görülür: Tesla Model S, Tesla Model X, Chevrolet Volt, Nissan Leaf və Ford Fusion Energi. Bu modellərin hər birinin ən az 10 min satış rəqəminə çataraq böyük bir müvəffəqiyyət qazandığı da hesabatda vurğulanır.

PAYLAŞ