Ekiz qardaşlar 2 gün ərzində 600 milyon dollar itirdilər…

0
924

Kriptovalyuta bazarında bitcoin də daxil olmaqla, demək olar ki, bütün əsas kriptovalyutalarda sürətli azalma müşahidə olunur.

Kriptovalyuta bazarında ən çox bitcoinə sahib olan insanlardan biri isə məşhur ekiz qardaşlardır. Winklevoss qardaşlarının təxminən 120.000 Bitcoinləri var və onların zərəri 600 milyon dollardır.

Ekiz qardaşlar əllərində 120 min bitcoin saxlamaqla yanaşı özlərinin birjalarına da sahibdirlər.

Bir neçə ölkədə kriptovalyutaların qadağan olunması, Buffet kimi investorların kriptovalyuta haqqında mənfi proqnozları bazarda qiymətlərin enişinə səbəb oldu.

Digər tərəfdən V. Putin kimi dövlət başçısı “Kriptovalyuta bazarı gözardı olunmamalıdır” sözləri ilə bazarda qeyri-müəyyənlik yaradır.

Bitcoinlər milyonçu olan insanlar kimlərdir?