Əsas səhifə İnvestisiya E-ticarət saytı ModaCruz 2 milyon dollar investisiya aldı

E-ticarət saytı ModaCruz 2 milyon dollar investisiya aldı

309
PAYLAŞ

Ötən ilin oktyabr ayında 1 milyon istifadəçiyə çatan Modacruz 2 milyon dollarlıq yeni investisiya aldı. Modacruzun indiyə kimi aldığı investisiyanın ümumi məbləği 5 milyon dollardır. East Ventures Partners fondunun liderliyi ilə həyata keçirilən invesitiyaya yemeksepetinin qurucusu Nevzat Aydın və Hummingbird də qatıldı.

ModaCruz tərəfindən bildirilən açıqlamaya görə 2 milyon dollarlıq yeni yatırımla məhsulların sayı artıralacaq və yeni bölgəgələrdə fəaliyyətə başlayacaq.

2014-cü ildə 309 məhsul və 2 min dollarlıq sərmayə ilə Melis Güçtaş tərəfindən yaradılan ModaCruz hazırda 1 milyondan çox istifadəçiyə və 6 milyon məhsula sahibdir. Saytda məhsulların ortalama sifariş həcmi 30 dollardır. Bu Türkiyədə moda sektorundakı e-ticarət saytlarından təxmini olaraq 2 dəfə çoxdur.

ModaCruz 2014-cü ildə 100 min dollarlıq investisiyadan sonra 350 min dollarlıq investisiya da almışdı. 2015-ci ildə isə Hummingbird Ventures Capital tərəfindən 2.5 milyon dollar yatırım alan şirkət sürətlə böyüməyə davam edir.

PAYLAŞ