Əsas səhifə Reytinq Dünyanın 10 ən bahalı bank kartı

Dünyanın 10 ən bahalı bank kartı

84
PAYLAŞ

Dəbdəbəli həyat sürürsünüzsə, hesabınızdakı məbləğ isə milyonlarla ölçülürsə, dünyanın ən eksklüziv bank kartlarından birininin sahibi olmaq, həmçinin bir sıra güzəşt və imtiyazlardan yararlanmaq şansınız böyükdür. Adətən belə kartları varlı müştərilərinə bankın özü təklif edir.

1. J.P. Morgan Palladium Card
JPMorgan Chase bankı Palladium Card kartını 2009-cu ildə xüsusi müştərilərin tələbatlarını qarşılamaq məqsədilə təqdim etmişdi. Bu kartdan istifadə etmək təklif edilən J.P. Morgan müştərilərinin əksəriyyəti bankın nəzarəti altında 10 milyon dollardan az olmayaraq vəsaitə və hesabda orta hədlə 100 milyon dollara malik olmalıdır.

J.P. Morgan Palladium Card ABŞ-ın EMV texnologiyası (çip) ilə təchiz edilmiş ilk kredit kartlarından biridir. Kart metal konstruksiyaya və palladium örtüyə malikdir. Çəkisi isə təqribən 28 qramdır ki, bu da onu digər adi plastik kartlardan 5 dəfə daha ağır edir. 2016-cı ilin sentyabr ayında Palladium Card-ın adı J.P. Morgan Reserve Card olaraq dəyişdirildi. Bu kart öz sələfindən xarici görünüşcə fərqlənməsə də, bir sıra əlavə üstünlük və imtiyazlara sahibdir.

J.P. Morgan Palladium Card sahibləri ildə 595 dollar komissiya haqqı ödəyirdilər. Rebrendinqdən sonra J.P. Morgan Reserve Card sahibləri ildə 450 dollar ödəyir. Bununla belə, beynəlxalq ödənişlər, vaxtı keçmiş ödənişlər, vəsaitlərin qaytarılmasına görə istənilən komissiya haqqından azaddırlar, kredit limiti isə sonsuzdur.

2. Coutts World Silk Card
“İpək” karta sahib olmaq üçün hesabınızda 1 milyon Amerika dollarına sahib olmağınız kifayətdir. Üstəlik, bu pullar Coutts – yəni kraliça II Yelizavetanın şəxsi bankında açılmış hesabda yerləşdirilməlidir. İllik faiz dərəcəsi hər bir müştəri üçün fərdi olaraq təyin edilir. Kart sahibi bonus olaraq əsl VIP müştərilər üçün nəzərdə tutulmuş mağazalara giriş əldə edəcək. Dünyada yalnızca 100 şəxsi Coutts World Silk Card kartına sahibdir.

3. Dubai First Royale Mastercard
Bu kart sözün həqiqi mənasında qiymətlidir. Kartın kənarı qızıl ilə haşiyələnib, üz tərəfində isə brilyantlar yerləşdirilib. Sözügedən bu kart xüsusi seçilmiş şəxslərə təqdim edilir və Dubayın elit icmasının nümayəndələri üçün əlçatandır. Kartın hər 200-cü istifadəçisi sonsuz kredit limiti, lüks xidmət və şəxsi menecer əldə edir.

4. American Express Black Card
Centurion Bu kartın buraxılması 7500 dollar, sonrakı xidmətlər isə ildə 2500 dollar tələb edəcək. Kartın sahibi ildə bu kart ilə 250 000 dollardan az olmayan miqdarda vəsait xərcləməlidir. American Express Black Card Centurion kartının bütün sahibləri Amerika hava limanlarında Centurion-un xüsusi zallarına giriş, partnyor olan istənilən mehmanxana və yaxud restoranda otaq və masa bronu, aviareys biletlərinin bronu və s. imkanlar əldə edirlər.

5. Stratus Rewards Visa
Daha əvvəlki kartlar premium qara rəngdə buraxılırdılarsa, Stratus Rewards Visa kartı ağ rəngi sevənlərin daha çox könlüncə olacaq. Əlbəttə ki, bu kartı da çox zəngin insanlar xüsusi təklifdən sonra əldə edə bilərlər. Kartın illik xidmət haqqı 1500 dollardır. İstifadəçi bunun qarşılığında bir sıra imtiyaz əldə edəcək. Belə ki, müştəri yığılmış bonusları şəxsi təyyarədən istifadə etmək, mehmanxanaların bron edilməsi zamanı endirim əldə etmək, ən yaxşı stilistlər ilə məsləhətləşmələr etmək və s. ilə mübadilə edə bilər.

6. Citigroup Black Chairman Card
Citigroup Black Chairman Card kartını yalnızca Citigroup özəl bankının müştəriləri və investisiya qrupunun iştirakçıları əldə edə bilər. İllik xidmət haqqı 500 dollar, kredit limiti isə 300 000 dollar təşkil edir. Kart sahibləri üçün nəzərdə tutulmuş digər imtiyazlar bonuslar, VIP-zallara giriş və s.dir.

7. NatWest Black Mastercard
NatWest Black Mastercard həmçinin dünyanın ən çox arzulanan kartlarından biridir. Bu isə ona görədir ki, kartın kredit limiti 1,5 milyon dollara qədər artırılıb. İllik xidmət haqqı isə cəmi 395 dollardır. Bundan əlavə, kart sahibləri bonus və endirimlər, VIP-zallara giriş və dünyanın istənilən nöqtəsində sutkalıq xidmət imkanı əldə edirlər.

8. Merrill Accolades American Express Card
Əldə edilməsi çətin olan digər bir “qara” kart. Məsələ ondadır ki, bu kartın sahibi hesab balansı 250 000 dollardan az olmayan Merrill Lynch müştərisi olmalıdır. Yalnız bundan sonra həmin şəxsə kartla bağlı təklif göndərilə bilər. Lakin gəlməyə də bilər.

Kartın illik xidmət haqqı 295 dollardır. Merrill Accolades American Express Card sahibi üçün 500 000 dollar həcmində kredit limiti nəzərdə tutulub və bu hələ ki, başlanğıcdır. Həmçinin, kart sahibinə şəxsi təyyarələrdə uçuşlara, eksklüziv otellərə endirim və sutkalıq konsierj xidmətindən yararlanmaq imkanı verilib.

9. Mastercard Black Card
Mastercard şirkətinin eksklüziv qara rəngli kartı paslanmaz poladdan, karbondan hazırlanıb və patentləşdirilmiş dizayna malikdir. İllik xidmət haqqı 495 dollardır. Mastercard Black Card kartının sahibi xüsusi imtiyazlar, məşhur lüks brendlərindən hədiyyələr əldə edir. Həmçinin kart sahibləri xüsusi olaraq Mastercard Priceless eksklüziv loyallıq proqramında iştiraka dəvət olunur.

10. Citi Prestige Card
Fəal səyahətçilər üçün yaradılmış Citi Prestige Card xərclənmiş hər bir dollar üçün bal qazanmağa imkan verir. Həmçinin kart sahibləri səyahətçilər üçün uçuş xərclərini qarşılamaq üçün illik 250 dollar həcmində bonus da daxil olmaqla xüsusi imtiyazlardan yararlanmağa imkan verir. Kartın illik xidmət haqqı 450 dollardır.

Banker.az

PAYLAŞ