Əsas səhifə Biznes Dünyanın ən zəngin insanı səhmlərini satdı

Dünyanın ən zəngin insanı səhmlərini satdı

68
PAYLAŞ

“Amazon” internet mağazasının təsisçisi və baş direktoru Ceff Bezos arxada qoyduğumuz həftə ərzində rəhbərlik etdiyi şirkətin 1,1 mlrd. dollar dəyərində 1 mln. ədəd səhmlərini satıb.

Bizplus.Az APA-Economics-ə istinadən xəbər verir ki, milyarder son 6 il ərzində mütəmadi olaraq şirkətin səhmlərini satır. Sonuncu əqd cari ilin may ayında bağlanıb. Həmin vaxt C.Bezos səhm satışından 940,7 mln. dollar əldə edə bilib.

Hazırda “Amazon”un 80 mln. ədəd (16,4%) səhmi  C.Bezosa məxsusdur. Buna baxmayaraq, milyarder hələ də şirkətin ən iri səhmdarıdır.

C.Bezos dünyanın ən zəngin insanıdır. Onun sərvəti 93,1 mlrd. dollar məbləğində dəyərləndirilir.

PAYLAŞ