Əsas səhifə Biznes Dünyanın ən varlı bankları

Dünyanın ən varlı bankları

510
PAYLAŞ

İlk bank harada və nə vaxt yaranıb?

İlk olaraq Orta əsrlərdə,Vatikanda yaşayan xristianların müqəddəs hesab etdikləri səfərlər zaman pullarını əmanət etmək məqsədiylə yaradılan bank sektoru bu gün iqtisadiyyatın ayrılmaz hissəsidir. Müasir bankların əsası isə Mesopotamiyada qoyulub. Məlum olan ilk kredit də elə bu torpaqlarda 2-ci əsrdə verilib. Sizin üçün hazırladığımız bu siyahıda isə ən böyük banklara yer vermişik.Bu təşkilatların iş strukturları həqiqətən təqdirə layiqdir. Gəlin dünyanın ən varlı banklarına nəzər salaq.

10. Commonwealth Bank

dünyanın ən varlı bankları

1911-ci ildə qurulan Avstraliyadakı Commonwealth Bank xüsusiləşdirilmiş çox millətli bir bankdır və birjada Avstraliyanın ən böyük ikinci xüsusi şirkətidir. Avstraliyanın 4 böyük bankından biridir. 131 milyard dollarlıq bazar dəyəri ilə siyahıda 10-cu sırada iştirak edir.

9. Bank of China

dünyanın ən varlı bankları

Çinin ən qədim bankı olan Bank of China 1912-ci ildə yaranıb. Bank of China 2013-cü ildə 26.4 milyard dollar gəlir əldə edib. Bank bazar dəyərinə görə Çinin ən böyük 4-cü bankı hesab edilir. Bankın ümumi varlığı 109 milyard dollardr.

8. Çin Ziraat Bankı

dünyanın ən varlı bankları

Çin Ziraat Bankı öklənin ən çox kredit verən bankıdır. 320 milyon müştərişisi və dünya üzrə 24.000 filialı var. Bazar dəyəri 126 milyard dollardır.

7. Citigroup

dünyanın ən varlı bankları

Bu siyahıda yer alan ikinci ABŞ bankıdır. 2008-ci il böhranına baxmayaraq bank müflis olmayıb və bu gün bazar dəyəri 144 milyard dollardır.

6. China Construction Bank

dünyanın ən varlı bankları

Çinin ikinci böyük bankıdır. Bankın xalis gəliri 2016-cı ildə 40 milyard dollar olub. Bazar dəyəri 160 milyard dollardır.

5. Bank Of America

dünyanın ən varlı bankları

Bank of America ABŞ-ın ən çox gəlir əldə edən 21-ci şirkəti hesab edilir. Bu bankın bazar dəyəri 181 milyard dollardır.

 4. HSBC Holding

dünyanın ən varlı bankları

Siyahıda iştirak edən yeganə ingilis bankıdır. 7000 filialı və 125 milyon müştərisi var. Bazar dəyəri 192 milyard dollardır.

3. Çin Sənayə və Ticarət Bankı

dünyanın ən varlı bankları

Çinin ən böyük bankının 3.1 trilyon dollar vəsaiti var. Ötən il 50 milyard dollar xalis gəlir əldə edib və bazar dəyəri 196 millyard dollardır.

 2. JPMorgan Chase

dünyanın ən varlı bankları

Dünyanın ən böyük altıncı ABŞ-ın isə ən böyük bankıdır. Ümumi varlığı 127 trilyon dollardır.

1. Wells Fargo

dünyanın ən varlı bankları

Wells Fargo bank olmaqla yanaşı maliyyə xidmətləri də göstərən holdinqdir.Bu bank Amerikanın dördüncü ən böyük bankıdır. 261 milyard dollar bazar dəyəri ilə dünyanın ən varlı bankı hesab edilir.