Əsas səhifə Biznes Milyarder Dünyanın ən varlı adamları – 84-cü azərbaycanlıdır

Dünyanın ən varlı adamları – 84-cü azərbaycanlıdır

219
Paylaş

ABŞ-ın məşhur “Bloomberg” agentliyi dünya zənginlərinin yeni reytinqini dərc edib. Reytinqdə zənginlərin sərvətlərinin ən son məbləği barədə geniş məlumat var.

Dünyanın ən zəngin azərbaycanlısı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov siyahıda 84-cü pillədə qərarlaşıb. Onun son 1 ayda sərvəti 189 milyon dollar artıb və iyunun 5-i üçün 14,6 milyard dollar təşkil edir. Rusiyanın ən vaxtlı biznesmeni ünvanını isə HLMK şirkətlər qrupunun prezidenti Vladimir Lisin alıb. O 20,2 milyard dollarla dünyada ən zəngin 45-ci iş adamıdır.

“Amazon” şirkətinin sahibi Cef Bezos 138 milyard dollarla planetin ən varlı iş adamı olub. Onun ardınca, Bill Geyts (93,8 milyard dollar) və Uorren Baffet (82,5 milyard dollar) qərarlaşıb.

MənbəModern.az
Paylaş