Əsas səhifə İş adamları Dünyanın ən məşhur birjaçısı Jordan Belfort

Dünyanın ən məşhur birjaçısı Jordan Belfort

113

Yəqin ki, hər biriniz məşhur Wolf of Wall Street (Wall Street Canavarı) filmini izləmiş və ya ən azından haqqında eşitmisiniz. Martin Scorsese tərəfindən çəkilən film dünyanın ən iddialı birjaçısı olan Jordan Belfordun həyatı və iş fəaliyyətindən bəhs edir. Baş rolda Leonardo DiCaprionun oynadığı 180 dəqiqəlik film ərzində Jordan haqqında tam təəssüratınızın yaranacağından əminəm.

Yazıçı və motivasiya spikeri Jordan Belfort 1962-ci ildə ABŞ-da dünyaya gəlib. Yüksək inandırıcılıq qabiliyyəti sayəsində qısa zamanda varlanır. 90-cı illlərin əvvəllərində qurduğu 1000 nəfər işçi heyəti olanStratton Oakmont adlı broker şirkəti ona milyonlar və dünya şöhrətini qazandırdı. Lakin Jordanın işləri qaydasında deyildi. O, fırıldaqçılıqda günahlandırıldı və 1998-ci ildə haqqında cinayət işi başladıldı. Sərmayəçilərin 200 milyon dollar pul itirməsinə səbəb olmuşdu. 22 ay həbs və 110.4 milyon dollar cərimə ilə cəzalandırıldı.

Həbsdə olarkən hücrə yoldaşı Tommy Chang ilə tanış olur. Rejissorluq və yazıçılıq etmiş Chang onu həyatı haqqında yazmağa razı saldı. Jordan The Wolf of Wall Street (2007) və Catching the Wolf of Wall Street(2009) adlı iki kitabın müəllifidir. Kitablarının satışından 1.7 milyon dollar gəlir əldə edib. Kitabları dünyanın 40 ölkəsində 18 dildə yayımlanıb. 2013-cü ildə kitabları əsasında eyni adlı film ekranlaşdırılıb.

Startton Oakmontda çalışarkən birinci həyat yoldaşı Denise Lombardodan ayrılır və Nadine Caridi(filmdə hər ikisinin adı dəyişdirilib) ilə evlənir. Bu evlikildən 2 uşaqları olur. 2005-ci ildə qadınlara olan bağlılığı və narkotik maddələrə aludə olması iddiası ilə Caridi Belforddan ayrılır.

Jordan Belford hal-hazırda bir çox şirkətlərdə məsləhətçi kimi çalışır və eyni zamanda seminarlar təşkil edir. Bir seminarının qiyməti 30.000 dollardır. Borclarını hələ də tam olaraq ödəyə bilməyib.

Paylaş