Əsas səhifə Həyat tərzi Dünyanın ən kiçik avtomobilləri

Dünyanın ən kiçik avtomobilləri

822
PAYLAŞ

10. Elva MK VI

Elva MK VI adı verilən bu kiçik avtomobil 660 mm yüksəkliyə, 3581 mm uzunluğa və 1448 mm genişliyə sahibdir. Siyahımızın ilk pilləsində iştirak edən bu model tamamilə sürət üçün yaradılıb. Yaradıcısı Frank Nichols tərəfindən Elva adı verilən avtomobil 4 silindrli və Climax mühərrikləri ilə gücləndirilmişdir.

Ən bahalı klassik avtomobillər

9. Autobianchi Bianchina Transformable

Autobianchi tərəfindən istehsal edilən bu kiçik İtalyan avtomobili 1955-1995-ci illər arasında Fiat, Bianchi və Pirelli tərəfindən meydana gətirildi. Fiat 500 modeliylə böyük bənzərliyi olan Bianchina Transformable Autobianchinin ən kiçik avtomobilidir. 2985 mm uzunluq, 1349 mm eni və 1320 mm yüksəklik ilə olduqca kiçik bir avtomobil olan Bianchina Transformable, 510 kq ağırlığa sahibdir.

Ucuz olsa da sizi varlı göstərən avtomobillər

8. Piaggo Vespa 400

360 kq ağırlığındakı Piaggo Vespa 400 2855 mm uzunluğunda, 1270 mm genişliyində və 1270 mm yüksəkliyində olduqca kiçik ölçülü bir avtomobildir. Məşhur skuter istehsalçısı ACMA tərəfindən istehsal edilən bu avtomobil, mikro avtomobil ünvanına sonuna qədər layiqdir. Siyahımızda yer alan bir çox mikro avtomobil kimi, Piaggo Vespa 400 modeli də sürət həvəskarlarına xitab edəcək bir avtomobil deyil. 14 at güclü mühərrikiylə maksimum 90 km / s sürət yığa bilən bu sevimli model bazardakı bir çox avtomobilə görə olduqca uzun ömürlü bir istehsal tarixinə malikdir.

Ən qəribə dizaynlı avtomobillər

7. Smart ForTwo

Siyahımızda yer alan digər modellərə nisbətən bir az daha tanış bir modellə yolumuza davam edirik. Böyük şəhərlərdə olduqca sıx rast gəldiyimiz 2695 mm uzunluğundakı və 65.5 mm genişliyindəki Smart Fortwo modeli, təxminən 1555 mm yüksəkliyə sahib çox kiçik bir avtomobildir. Avtomobil həmçinin dünyanın ən pis polis avtomobilləri siyahısında da ilk onluqda iştirak edir.

6. Tango T600

Commuters Cars şirkətinin istehsal etdiyi bu elektrikli avtomobil, tamamilə şəhərətrafı avtomobilidir. Siyahımızda olan bir çox modelə görə olduqca ağır olan Tango T600 modeli, 1508 kq ağırlığında, 2591 mm uzunluğunda və 1549 mm yüksəkliyindədir. Əlavə olaraq 991 millimetrlik genişliyiylə də dünyanın ən incə avtomobillərindən biridir. Cizgi filmlərindəki yarı yığcam avtomobilləri xatırladan Tango T600 modeli tam enerji ilə 160 kilometrlik məsafə qət edə bilir və saatda maksimum 110 kilometrlik sürətə çata bilir.

Elektrik avtomobillərin satışı rekord qırır.

5. Mirai

Yaponiyanın Okayama Sanyo məktəbində şagirdlər tərəfindən yaradılan Mirai adındakı bu elektrikli avtomobil, 45.2 santimetrlik yüksəkliyiylə dünyanın ən alçaq avtomobilidir. 2010-cu ildə meydana gətirilən bu model, idman görünüşə sahib tək nəfərlik bir mikro avtomobil kimi istifadə edilir. Tam enerji ilə 30 km / s sürət ilə 80 kilometrlik məsafə qət edə bilən bu model, saatda maksimum 50 kilometrlik sürətə çata bilir. 280 kiloqramlıq ağırlığı ilə olduqca yüngül bir avtomobil olan Mirai, 2480 mm uzunluğuyla və 1254 mm genişliyi ilə də çox diqqət çəkir.

4. Corbin Sparrow

Üç təkərli Sparrow ilk dəfə 1999-cu ildə Corbin Motors tərəfindən istehsal edildi. Ancaq o dövrdə dünya elektrikli avtomobillərə hazır deyildi. 610 kq ağırlığındakı bu elektrikli model, 2438 mm uzunluğunda, 1219 mm genişliyində və 1448 mm yüksəkliyindədir. Tam enerji ilə 64 kilometr yol gedə bilən bu avtomobil saatda 112 kilometrlik maksimum sürətiylə də diqqətləri üzərinə çəkməyi bacarır.

3. Isetta

İtalyan avtomobil istehsalçısı Iso tərəfindən 1953-ci ildə meydana gətirilən Isetta modeli sonralar BMW kimi tanınmış avtomobil şirkətlərinin də tarixi bəzəyən mikro avtomobil modellərindən biri oldu. 1955-ci ildə BMW markası tərəfindən Isetta 250 adıyla bazara çıxarılan bu kiçik avtomobil sonralar 350 və 600 versiyalarıyla 1962-ci ilə qədər avtomobil dünyasında yer almağa davam etdi. Müxtəlif dəyişikliklərlə Avropa küçələrini illərcə bəzəməyə davam edən Isetta, 2250 mm uzunluğunda, 1340 mm genişliyində və 1320 mm yüksəkliyində qutu kimi bir avtomobildir. Saatda maksimum 85 km sürətə çata bilir.

2. Pasquali Riscio

İtaliyada yerləşən bir traktor istehsalçısı tərəfindən meydana gətirilən Pasquale Riscio modeli də əslində traktor ilə eyni işləmə mexanizminə sahibdir. 360 kq ağırlığındakı Riscio 2190 mm uzunluğu, 1150 mm genişliyi və 1500 mm yüksəkliyiylə dünyanın ən kiçik avtomobillərindən biridir. Tam enerji ilə 40 km/saat sürətilə 50 km məsafə qət edə bilir.

1. Peel P50

Peel Engineering şirkəti tərəfindən 1962-1965-ci illər arasında istehsal edilən Peel P50 modeli 1346 millimetrlik uzunluğuyla dünyanın ən kiçik avtomobilidir. Bundan başqa 991 mm genişliyə və 1346 mm yüksəkliyə də sahib olan bu kiçik avtomobili geriyə sürmək mümkün deyil. 59 kq ağırlığı ilə dünyanın ən yüngül avtomobillərindən olan P50 olduqca kiçik ölçüsüylə Guinness Rekordlar Kitabına girməyi bacarıb.

PAYLAŞ