Əsas səhifə Biznes Dünyanın ən güclü komputerini Apple yaradır – 4999 dollara

Dünyanın ən güclü komputerini Apple yaradır – 4999 dollara

264
Paylaş

İT nəhəngi “Apple” korporasiyasının ən güclü kompüteri olan “iMac Pro” dekabrın 14-də satışa çıxarılacaq.

İKT.lent.az-ın oane.ws saytına istinadən məlumatına görə, mütəxəssislər bildirirlər ki, bu cihaz avtomobil qiymətindədir, ancaq şirkətin tarixində ən cəld “Mac” kompüteri olacaq.

Gözlənilən cihazın rəsmi anonsu 2017-ci ilin yayında WWC sərgisinin gedişatı zaman baş tutub. Təqdim olunan məlumata əsasən, “iMac Pro” əsl monoblokdur və ən son texnologiyalarla təchiz edilib.

“Apple” nümayəndələri bildirir ki, bu gün bu kompüter yaradılan bütün kompüterlərin arasında ən cəld və ən güclüsüdür. Cihaz ancaq və ancaq qara rəngdə istehsal olunacaq. Bu isə modelin statusunun önəmliliyini vurğulamaq üçün edilib. Kompüterin komplektinə qara rəngli “Magic Keyboard” müasir klaviaturası da daxildir.

Kompüterin satışlarına rəsmi onlayn mağazalarında və xüsusi salonlarda başlanılacaq.

Paylaş