Əsas səhifə Həyat tərzi Dünyanın ən gözəl tikililəri

Dünyanın ən gözəl tikililəri

671
PAYLAŞ

1. İspaniya – Guggenheim Muzeyi

Memar F. Gehryin hazırladığı muzey, 1997-ci ildə inşa edilib. Qeyri-adi bir dizayna sahib olan binanın xariciini örtən titan lövhələr, muzeyə özünə xas görünüş qazandırır.

2. Tibet – Potala Sarayı

7-ci əsrdə inşa edilmiş və klassik bir Buddist məbədinin cizgilərini daşıyan 13 mərtəbəli bina Dalai Lamanın qışda yaşayış məkanı kimi istifadə edilir.

3. Misir – Yeni İsgəndəriyyə Kitabxanası

UFO şəklində hazırlanaraq 2002-ci ildə istifadəyə verilmiş bu kitabxanada 8 milyon kitab var.

4. İspaniya – La Sagrada Familia Kilsəsi

İnşasına 19-cu əsrdə başlanan kilsənin tikintisi hələ tamamlanmayıb. Kilsənin ikonik şəklindəki qüllələrinin ən yüksəyi 176 metrdir və İsa Peyğəmbəri simvolizə edir.

5. Hindistan – Tac Mahal

Tikintisi romantik bir məhəbbət hekayəsinə bağlı olan bu möhtəşəm tikili Şah Cahan tərəfindən çox sevdiyi həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə inşa etdirilib. Ağ mərmərdən inşa edilən bina yumşaq cizgiləri ilə diqqət çəkir.

6. İran – İmam Məscidi

Binanın sarı-mavi rəngli daxili örtüyü işıqlandırma şəklinə görə rəng dəyişdirir. Məscidin ana qübbəsi isə mozaikalar və möhtəşəm çiçək naxışları ilə bəzənib.

7. Suriya – Crac des Chevaliers

Xristianlar tərəfindən inşa edilmiş bu möhtəşəm qala qalın xarici divarlar və qayalıqlara oyulmuş xəndəklər kimi klassik bir qalaya aid bütün memarlıq xüsusiyyətlərini özündə əks etdirir. Qalanın içəri hissəsində isə bir ibadətgah, monastr və digər strukturların da iştirak etdiyi kiçik bir şəhər var.

8. Rusiya – Pertsov Evi

Memarlıq dizaynında N.K. Jukov, B. N. Şnaubert və S.V. Malyutin kimi məşhur sənətçilərin imzası olan və nağıllardakı strukturları xatırladan ev, kompleks arxitektura quruluşu ilə yanaşı Rus naxışları ilə diqqət çəkir.

9. Braziliya – Oscar Niemeyer Muzeyi

Sarı bir qayda üzərində son dərəcə original xüsusiyyətlərə sahib olaraq inşa edilmiş olan göz şəklindəki bina insanlarda həm heyranlıq həm də antipatiya doğurur.

10. Heydər Əliyev Mərkəzi

2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən inşa edilən Heydər Əliyev Mərkəzi möhtəşəm dizaynı ilə hər kəsi valeh edir. Mərkəzin əsas binası üç böyük hissədən ibarətdir: Heydər Əliyev Muzeyi, sərgi zalları və “Auditorium”. Binanın doqquz mərtəbəli hissəsində sərgi zalları, ofislər, həmçinin kafelər yerləşir. Dörd mərtəbəli “Auditorium” hissəsində iki konfrans salonu, görüş otaqları və media mərkəzi yerləşir. Binada həmçinin təbii ağaclar və bitkilərdən təşkil olunmuş landşaft ərazisi də formalaşdırılmışdır. Binanın tərkibində müxtəlif interaktiv məlumat köşkləri vardır ki, burada mərkəzə gələn ziyarətçilər burada keçirilən tədbirlər və sərgilər haqqında məlumat əldə edə bilərlər.

PAYLAŞ