Əsas səhifə Texnologiya Dünyanın ən gənc proqramçısı Yuma ilə tanış olun

Dünyanın ən gənc proqramçısı Yuma ilə tanış olun

493
PAYLAŞ
Appleın təşkil etdiyi Dünya Proqramçıları Konfransında 10 yaşlı Yuma Soerianto ən balaca proqramçı kimi qatılıb.

Hələ 10 yaşında olan Yuma yaratdığı mobil tətbiqlərlə Tim Cooku təəccübləndirməyi bacarıb. 5-ci sinifdə oxuyan şagir konfransın ən gənc iştirakçısı olub. Kod yazmağa 6 yaşında başlayan Yumanın app storeda 5 tətbiqi var.  Restoran tapmağı asanlaşdıran “Hunger ButtonYuma’nın yaratdığı ilk tətbiqdir. Bundan başqa “Let’s Stack!”, “Kid Calculator”, “Weather Duck”, “Pocket Poké” adlı 4 tətbiqi də mövcuddur.

Avstraliya’dan ABŞ’a uçarkən yazdığı tətbiq isə Tim Cook’un ən çox bəyəndiyi tətbiq oldu. Tim Cook, genç proqramçıya “Bir saat içində proqram yazmağından çox təsirləndim. Başqa nələri bacardığını görmək üçün çox səbirsizlənirəm” deyib.

Yuma Soerianto eyni zamanda YouTube kanalında, xüsusilə özü kimi kod yazmağa maraq göstərən yaşıdları üçün maarifləndirici videolar hazırlayır.

PAYLAŞ