Əsas səhifə Biznes Dünyanın ən gənc milyarderi: 13 yaşda milyonçu olmuşdu

Dünyanın ən gənc milyarderi: 13 yaşda milyonçu olmuşdu

558
PAYLAŞ

Harris Əslamı dünyanın ən gənc, potensial milyarleri adlandırırlar. İngiltərənin Fayf bölgəsindəki Kirkeldi şəhərində yaşayan müsəlman gənc 20 yaşındadır. O, yaşına rəğmən, Britaniyanın ən məşhur iş adamlarına, korporasiya rəhbərlərinə və konsern sahiblərinə meydan oxumaq niyyətindədir.

13 yaşında orta məktəbi tərk edən və təhsilini yarımçıq qoyan Harris elə həmin il ilk 1 milyon funt-sterlinqini qazanaraq milyonçu olmuşdu.

İndisə o, Britaniyanın ən böyük pərakəndə və topdansatış ticarət şəbəkələrindən olan “Nisa Retail”in baş direktor postuna seçkilərə qatılıb.

Harris Əslam baş direktor olacağına və “Nisa Retail”i idarə edəcəyinə şübhələnmir.

Üstəlik o, az sonra milyarderə çevriləcəyini söyləyir.

13 yaşında atasının kiçik ərzaq dükanında işləməyə başlayan Harrisin dediyinə görə, biznesi seçməsində “Monopoly” oyununa sevgisi müstəsna rol oynayıb.

“5 yaşımdan bu oyunun fanatı idim. 12 yaşımda pul qazanmaq fikrinə düşdüm. Bir il sonra artıq 100 min funt-sterlinqim vardı və o pulları, internetdəki onlayn-hərraclarda ucuz aldığım malları baha satmaqla əldə etmişdim. İlk əməliyyatım 1 funta aldığım kabel parçasını 6 funta satmağım olmuşdu. Sonra həmin 6 funta 7 kökə aldım və internetdə 48 funta satdım. Beləcə, pul qazandım. 13 yaşımda orta məktəblə vidalaşdım, çünki məktəb mənə istədiyim təhsili vermirdi. Yaxşı təhsil almağım üçünsə ailəmin pulu yoxdu”, – Harris Əslam deyib.

Onun sözlərinə görə, çox qısa zamanda 1,6 milyard funt-sterlinq həcmində varidat sahibi ola bilər.

“Nisa Retail”in Britaniya və İrlandiyada 2500-dən artıq dükanı var.

Harris Əslam onu da deyir ki, yaxın aylarda şəbəkənin aylıq dövriyyəsini 2 milyard funt-sterlinqə çatdırmaq niyyətindədir.

Hazırda universitetin hüquq fakultəsində təhsil alan Harris Əslam gələn ay ikinci ali təhsil almağa başlamaq və marketinqi öyrənmək fikrindədir.

Asiyanın ən gənc milyarderi

©Milli.Az

PAYLAŞ