Əsas səhifə Biznes Dünyanın ən böyük texnoloji şirkətlərinin gəlirlərinin əsas mənbəyi

Dünyanın ən böyük texnoloji şirkətlərinin gəlirlərinin əsas mənbəyi

883
PAYLAŞ

Dünyanın ən böyük şirkətlərinin çox böyük gəlir sahibi olduğunu bilirik ancaq xidmət göstərdikləri sektorda daha çox nədən qazandıqlarından dəqiq məlumatımız yoxdur.

Aşağıda qeyd edilən 5 şirkətin 2.9 trilyon dollarlıq dəyəri var. Sadəcə 2016-cı ildə 555 milyard dollar gəlir və ümumilikdə 94 milyard dollar xalis mənfəət əldə ediblər.

Apple: 

Yalnız tenxologiya sektorunda deyil dünyanın da ən böyük şirkəti olan Apple 2016-cı il hesabatlarına görə 804 milyard dollarlıq bir bazar dəyərinə sahibdir. Ötən il 216 milyard dollar gəlir əldə edən şirkətin xalis mənfəəti 46 milyard dollar olub.

Bir çox insan üçün uzun illər Apple kompyuter istehsal edən şirkət kimi qəbul edilsə də şirkətin gəlirinin 63 faizi iPhone satışlarından gəlir.

Alphabet (Google)

Dünyanın axtarış motoru kimi qəbul etdiyimi Google 2016-cı il hesabatına görə 651 milyard dollarlıq bir dəyərə sahibdir. 2016-cı il gəliri 90 milyard dollar və xalis mənfəəti isə 19 milyard dollar olub.

2016-cı il hesabatına əsasə google gəlirinin 88 faizini reklam satışlarından əldə edib. Bu reklamlara Youtube reklamları da daxildir.

Microsoft

Microsoft 2016-cı il hesabatlarına görə 536 milyar dollarlıq bir dəyə sahibdir. 2016-cı ildə 85 milyard dollar gəlir əldə edən Microsoftun əldə etdiyi xalis mənfəət isə 17 milyar dollardır.

Bir çox insan Microsoftun əsas gəlirinin Windows əməliyyat sistemlərindən gəldiyini düşünsə də qrafikdən də göründüyü kimi əsas gəlir Office proqramlarındandır.

Amazon

455 milyard dollarlıq bazar dəyərinə sahib olan Amazon 2016-cı ildə 135 milyard dollar gəlir olsa da xalis mənfəəti cəmi 2 milyard dollar olub. Bu digər texnoloji şirkətlərinə görə ən aşağı xalis mənfəətdir.

Şirkətin əsas gəliri isə satış sistemlərindən əldə edilir.

Facebook

2016-cı il hesabatlarına əsasə şirkətin 434 milyar dollarlıq bazar dəyəri var. Ötən il 28 milyard dollar gəlir əldə edən şirkətin xalis mənfəəti isə 10 milyard dollardır.

Facebookun xalis mənfəəti əldə etdiyi gəlirə görə hər nə qədər yüksək olsa da şirkətin əsas gəlirinin reklam satışından olması bir qədər riskli hesab edilə bilər.

PAYLAŞ