Əsas səhifə Reytinq Ən bahalı 10 geyim markası

Ən bahalı 10 geyim markası

1128
PAYLAŞ

10. Versace

ən bahalı geyim markası

Gianni Versace tərəfindən 1978-ci ildə qurulan Versace 10 il içində dünyaya özünü sübut etmişdi. Madonna, Elizabeth Hurley, Şahzadə Diana, Tina Turner kimi məşhur adlar Versace markasından ən çox istifadə edən məşhurların sırasındadırlar. 1997-ci ildə faciəli bir hadisə yaşandı və Andrew Cunanan adlı qatil Gianni Versaceni qətlə yetirir. Bu hadisədən sonra şirkətin sahibi Gianninin bacısı Donatella Versace olur.

9. Valentino

ən bahalı geyim markası

Gecə geyimi deyilincə ağıla gələn ilk geyim markalarından biri Valentinodur. Valentinonun məqsədi müasir, zərif və cazibədar geyimlər yaradaraq, zəngin qadın müştərilərinin diqqətini çəkmək olmuşdur və bunu da bacarmışdır.

8. Armani

ən bahalı geyim markası

Armani Giorgio Armani və Sergio Galeotti tərəfindən 1975-ci ildə qurulub. Armani Jeans, Armani Exchange, Armani Junior, Armani Casa, Giorgio Armani, Armani Collezioni, Emporio Armani, AJ kimi bir çox alt markasına da sahibdir. Eynək, alt geyimi, ətir, çanta kimi bir çox sahədə özünü təsdiqləmiş bir markadır. 1997-ci ildə dünyada 2000-ə yaxın mağazası var idi. Bu rəqəm bu hazırda 4000-ə yaxındır.

7. Dolce & Gabanna

ən bahalı geyim markası

Domencio Dolce və Stefano Gabbana tərəfindən 1985-ci ildə İtalyada yaradılıb. İnsanlar hər il D&G etiketli geyimləri almaq üçün milyonlarla pul xərcləyirlər. Zərif və cazibədar geyimlər yaradan marka dünyaya səs salmağı bacarıb. Sonuncu dizaynları ilə nağıl dünyası təəssüratı yaradıblar.

6. Gucci

ən bahalı geyim markası

Dünyada Gucci markasını tanımayan insan yoxdur hər halda. Guccio Gucci tərəfindən 1920-ci ildə İtalyada yüksək keyfiyyətli dəri istifadə edildiyi üçün məşhurluq qazanıb və 1921-ci ildə ilk mağazasını açıb. Hazırda şirkətin gəliri təxmini olaraq 4.4 milyard dollar hesab edilir.

5. Chanel

ən bahalı geyim markası

Coco Chanel tərəfindən 1920-ci illərdə yaradılıb. İlk illərdə Coco Chanel yaratdığı ətirlərlə məşhurluq qazanıb. Xüsusilə çantaları dünyada milyonlarla satış həyata keçirərək rekordları qıra bilib. Markanın bugünkü gəliri təxmini 7 milyard dollardır.

4. Prada

ən bahalı geyim markası

Prada hazır geyim və moda aksesuarları, ayaqqabı, çanta, saat kimi bir çox sahədə məhsullar satır. Hatta 2004-cü ildə LG ilə ortaq bir telefon yaradıblar. Şirkətin hazırda gəliri 9.4 milyard dollardır.

3. Dior

ən bahalı geyim markası

Christian Dior tərəfindən 1945-ci ildə qurulub. Yeni trendlər yaratmaq üçün daimi olaraq köhnə moda dəblərini incələyirlər. Buna görə də bəzi şirkətlər bunun səhv bir addım olduğunu söyləsələr də Dior markasının bugünkü gəlirinin 24 milyard dollar olduğunu hesaba alsaq bu strategiyanın səhv olduğunu düşünmək düzgün olmaz.

2. Louis Vuitton

ən bahalı geyim markası

Louis Vuitton 1954-cü ildə qurulan şirkət, xüsusilə çantaları ilə məşhurluq qazansa da geyim, aksesuar, ayaqqabı, alt geyimi kimi bir çox sahədə də satış həyata keçirdir. Dünyada 50dən çox ölkədə 460-a yaxın mağazası var. Deyilənə görə bu marka heç bir zaman endirim etmir və satılmayan məhsulları yandırır. Şirkətin bugünkü dəyəri 28 milyard dollardır.

1. Oscar de la Renta

ən bahalı geyim markası

Bəlkə də bu markanı tanımırsız  ancaq ən bahalı geyim markası hesab etmək olar. 1960-cı illərdə First Lady Jacqueline Kennedini geyindirməklə bu işə başlayıb. O gündən bu vaxta qədər bir çox prezidentlərin həyat yoldaşlarını, ailə üzvlərini geyindirib. Bu markanı yaradan məşhur modelyer 84 yaşında dünyasını dəyişib.