Əsas səhifə Maraqlı Dünyanın ən bahalı aktyoru “Apple”in reklamında çəkildi

Dünyanın ən bahalı aktyoru “Apple”in reklamında çəkildi

237
PAYLAŞ

Dünyanın ən bahalı aktyorlarından olan “Qaya” ləqəbli Dueyn Conson “Apple” şirkətinin yeni reklamında baş rolda çəkilib.

Bizplus.az-ın İKT.lent.az-a  istinadən verdiyi xəbərə görə, “iPhone 7″nin reklam olunduğu süjetdə artist “Siri” virtual köməkçisi ilə ünsiyyətdə olur və bir çox işi yerinə yetirir.

Məsələn, D.Conson baş aşpaz, dizayner, musiqiçi, sürücü və pilot qismində çıxış edir, açıq kosmosa və çəkiliş meydançasına gedib çıxır.

Qeyd edək ki, D.Consonun iştirakı ilə çəkilən filmlər dünya kino prokatında 8 milyard dollar gəlir gətirib.

PAYLAŞ