Əsas səhifə Reytinq Dünyadakı ən bahalı 10 otel

Dünyadakı ən bahalı 10 otel

768
PAYLAŞ

Təsəvvür edin tətilə çıxmısınız. Bir oteldə qalırsınız və qaldığınız otağa gecəlik 75.000 manat ödədiyinizi təsəvvür edin. Bu sizə xəyal kimi görünə bilər amma dünyadakı milyarderlərin sayı artdıqca belə bahalı otel nömrələrinə də tələbat artır.

10 Burj Al Arab – Kral Otağı

dünyanın ən bahalı otelləri

22.500 dollar

Burj Al Arab otelinin kral nömrəsi əvvəlcə qonaqlarına rahatlanmaq üçün luks bir duş təqdim edir. Krallara layiq otaq, cakkuzi, xüsusi xidmətçi və 24 karatlıq qızıl ilə örtülü iPad ilə internetə giriş imkanı təqdim edir. Burj Al Arab otelinin ən unikal xüsusiyyətlərindən biri də dəniz altında olan restoranı Al Maharadır. Oteldə həmçinin bir gecəlik kirayə kostyumlar da var. Qiyməti 2000 dollardan başlayır.

9 Ritz Carlton Tokio – Kral Otağı

dünyanın ən bahalı otelləri

25.000 dollar

Şəhərin ən yüksək binasının 53-cü mərtəbəsində yerləşən otaqdan Shinjukunun ən gözəl mənzərələrini görmək mümkündür. Bu oteldə mərmər hamam, 16 nəfərlik yemək otağı və kral yatağı var.

8 Plaza Otel – Plaza Kral suit

dünyanın ən bahalı otelləri

30.000 Dollar

New Yorkun məşhur Plaza Oteli qonaqlarına super bir kral nömrəsi təqdim edir. Otelin ən bahalı paketi bir gecəlik 30.000 dollardır. Plaza otelində olan bu lüks otaqdan şəhərin ən gözəl mənzərəsi görünür və otaqda 3 yataq otağı və 3 hamam yerləşir.
Bundan başqa otaqda əyləncə otağı, pianino, 12 qonaqlıq yemək otağı, xüsusi kitabxana və bilyard salonu var.

7 Laucala Island Oteli

dünyanın ən bahalı otelləri

40.000 Dollar

Fici adasında yerləşən bu luks otel nömrəsi 40.000 dollara möhtəşəm bir paket təqdim edir. Bu siyahıdakı digər otellərdən fərqli olaraq hər şey qiymətə daxildir. Bu xüsusiyyətlərin arasında şampan, hovuz və hətta spa da var. Burada qalmaq üçün əvəlcədən qeydiyyatdan keçməli və sizi dəvət etmələrini gözləməlisiniz.

6 Palms Casino Otel – Sky Villa

40.000 Dollar

Las Vegasda yerləşən bu otel 40.000 dollara inanılmaz bir paket təqdim edir. Otağınız möhtəşəm Vegas Stripə baxır. 836 kvadrat metr sahəsi olan bu villada xüsusi bir şüşə lift, fitness salonu, masaj otağı və sauna və bununla yanaşı 24 saatlıq xidmətçi xidməti, 12 nəfərlik cakkuzi hovuzu var.

5 Grand Resort Lagonissi

45.000 Dollar

Afinada yerləşən Grand Resort Lagonissi Egey dənizinin mənzərəsinə açılır. Villanın isə özünə məxsis hovuzu var. Gecəlik 45.000 dollara olan nömrənin buxar vannaları belə var. Bundan başqa nömrədə böyük ölçülü mərmər hamam və özünə məxsus iki yataq otağı da var.

4 Four Seasons New York

45.000 Dollar

Otaqda şüşəli balkon və tavana döşənmiş pəncərələr var. Bundan əlavə bu nömrədə spa otağı, böyük bir kitabxana, görünməz səs sistemi, xidmətçilər və 18-ci əsrdən qalma Yapon ipək yastıqları var. İdman etmək üçün xüsusi məşqçi və nəqliyyat üçün xüsusi sürücü ixtiyarınızdadır. Dizaynı 7 il çəkən və 50 milyon dollara başa gələn bu otel nömrəsində bir gecəlik təxminən 45.000 dollara qalmaq mümkündür.

3 Grand Hyatt Martinez Cannes – Kral Otağı

51.800 Dollar

Gecəsi 51.800 dollar qiymətindəki Grand Hyatt Martinez Cannesin Kral otağı Boulevard de la Croisette ətrafında yerləşir. Bina özü 1929-cu ildə tikilib. Grand Hyatt Martinez Cannesin kral nömrəsində 4 yataq otağı, 2 salon və yemək otağı, 2 iş otağı, 2 sauna və 4 vanna otağı yerləşir. Bundan başqa hər bir nömrədə Türk hamamı da var.
Grand Hyattda sənətə üstünlük verilib! Yataq otaqları Picasso, Matisse, Dufy və Stael kimi rəssamların əsərləri ilə örtülüdür.

2 Raj Palace – Sah Mahal Suite

60.000 Dollar

Hindistanda yerləşən Raj Palace Oteli 60.000 dollara bir gecəlik otel nömrəsi təqdim edir. 6 yataq otağından əlavə kitabxana, xüsusi teatr, astrologiya otağı və xüsusi mətbəx personalından zövq alacaqsınız. Oteldə həmçinin 2.229 kvadrat metrlik bağça və 3 tərəfli sonsuzluq hovuzu var.

1 Hotel President Wilson – Kral Otağı

83.200 Dollar

Cenevrədə yerləşən Hotel President Wilsonun üst qatındakı nömrənin gecəsi 83.200 dolar qiyməti ilə dünyanın ən bahalı otel otağı kimi qəbul edilir. Kral otağında 12 yataq otağı və 12 mərmər hamam yerləşir. Bundan başqa otelin yerləşdiyi ərazi möhtəşəm mənzərəyə sahibdir. Alp dağları və Cenevrə Gölünün ekzotik mənzərəsində otelin musiqiçilərindən ifalar dinləyəbilərsiniz.

Dünyanın ən bahalı restoranları