Dünyada elektromobil satışı artdı

0
972

2017-ci ilin üçüncü rübündə dünyada 287 min elektromobil satılıb.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə elektromobil bazarını təhlil edən “Bloomberg New Energy Finance” (BNEF) ekspertləri bildirib.

Beləliklə, elektromobil (buraya hibrid avtomobillər də daxildir) satışının artımı cari ilin 2-ci rübü ilə müqayisədə 23%, ötən ilin 3-cü rübü ilə müqayisədə isə 63% təşkil edib.

Satışların yarısından çoxu Çinin payına düşür. Orada dövlət subsidiya proqramı elektromobilləri daxili yanma mühərrikli avtomobillərdən ucuz edib. Qiymət fərqi bəzən 40% olur.

Ekspertlər proqnozlaşdırır ki, 2017-ci ildə dünya üzrə elektromobil satışı 1 milyon ədədi ötə bilər.