Əsas səhifə Texnologiya Dubayda uçan taksi fəaliyyət göstərməyə başlayacaq

Dubayda uçan taksi fəaliyyət göstərməyə başlayacaq

255
Paylaş

Dubayda yaxın zamanda uçan taksi fəaliyyət göstərməyə başlayacaq.

İddialı layihə Dubayda keçirilən səmərəli dövlət idarəetmə və müasir texnologiyaların həyatın müxtəlif sahələrinə tətbiqi məsələlərinə həsr olunmuş 6-cı Ümumdünya Hökumət Sammitində (World Government Summit) təqdim edilib.

“Uçan taksi yüksək etibarlılıq və təhlükəsizlik standartlarına cavab verəcək. Taksi GPS-naviqator əsasında xüsusi marşrutların proqramlaşdırma sisteminin köməyi ilə avtopilot vasitəsi ilə idarə olunacaq. Taksinin hərəkətinə nəzarəti operator həyata keçirəcək”, – layihəni təqdim edənlər bildirib.

© Trend

Paylaş