Əsas səhifə Maraqlı Dubayda dünyanın ən bahalı qəhvəsi təqdim ediləcək

Dubayda dünyanın ən bahalı qəhvəsi təqdim ediləcək

84
PAYLAŞ

“Arabian Business” nəşri xəbər verir ki, qəhvəsevərlər sentyabrın 30–da Dubayda dünyanın ən bahalı və dadlı qəhvə sortu olan “Esmeralda Geisha Canas Verdes”dən ləzzət ala biləcəklər.

Azərtac xəbər verir ki, “Esmeralda Geisha” qəhvəsinin 15 qramı 250 dirhəmə (68 dollar) satılacaq. Ən bahalı qəhvə sortunun partiyası hərracda rekord qiymətə – kiloqramı 4867 dirhəmə (1325 dollar) əldə edilib. Bəzi məlumatlara görə, qəhvənin qiymətinin bu dərəcədə baha olması, bu növün toxumunun dünyada cəmi 45,5 kq qalması ilə bağlıdır.

Qəhvə Al Quoz rayonunun “Seven Fortunes” qəhvəxanasında təqdim ediləcək.

PAYLAŞ