Əsas səhifə Texnologiya Dropbox ilin sonunda birjaya daxil ola bilər

Dropbox ilin sonunda birjaya daxil ola bilər

247
PAYLAŞ

Faylların bulud texnologiyasında saxlanılması servisi Dropbox, ilin sonunda səhmlərin kütləvi təklif üsulu ilə yerləşdirilməsinə (İPO) hazırlaşır. Bu haqda Banco.az Reutersə istinadən məlumat verir.

İPO-nun gedişində, kompaniya  Snapchatı geridə qoyaraq, Amerikanın ən böyük publik texnologiya şirkətinə çevrilə biər.

2014-cü ildə kapital cəlb edilməsi dövründə şirkətin dəyəri 10 milyard dollar həcmində qiymətləndirilirdi. Səhmlərin cari yerləşdirilməsi isə şirkətin yenidən dəyərləndirilməsinə səbəb olacaq. Reuetrs məumat verir ki, gələn bir neçə həftə ərzində şirkətin təmsilçiləri iri investisya bankları ilə danışıqlara başlayacaq Bankların adları məlumatların gizliliyinin qorunması ilə əlaqədar açıqlanmır.

Dropbox məlumatların onlayn şəkildə yaddaşda saxlanılması üçün bulud texnologiyaları hazırlayan bir şirkətdir. Xidmətdən 500 milyondan çox insan faydalanır. Kompaniya tərəfindən cəlb edilmiş ümumi kapitlaın həcmi 1,7 milyard dollar olub,vəsait 7 raunda 26 investor tərəfindən cəlb olunub.  İlin əvvəlində Dropbox-un təsisçisi Dryü Xyuston bildirib ki, şirkətin illik qazancı 1 milyard dollardan çoxdur.

PAYLAŞ