DRAM bazarı 16,5 milyard dollara çatdı, “Samsung” liderdir

Date:

Paylaş:

Bu ilin ikinci rübündə DRAM mikrosxemlərinin satışı birinci rüblə müqayisədə 17 faiz artıb. Pul nisbətində bazar 16,51 milyard dollara çatıb.

Lent.az-ın məlumatına görə, bu barədə “DRAMeXchange” şirkətinin hazırladığı hesabatda deyilir. Rüb ərzində müqavilə qiymətləri 10 faizdən çox artıb, nəticədə rüblük satış həcminin göstəriciləri rekord vurub.

“DRAMeXchange” mütəxəssisləri qeyd edirlər ki, qiymətlərin 10 faiz artımı masaüstü kompüterlər və serverlər üçün yaddaşlar seqmentində müşahidə olunur. Eyni zamanda, mobil yaddaş 5 faizdən çox bahalaşıb. Sonuncu faktı analitiklər onunla izah edirlər ki, Çinin smartfon istehsalçıları cari il üçün öz məhsullarının istehsalı planını azaldıblar.

Üçüncü rübdə tələbatın mövsümi artımı gözlənilir ki, bu da növbəti qiymət artımına səbəb olacaq.

Sahənin lideri hələ də “Samsung Electronics” olaraq qalır. Bu şirkət rüb ərzində 7,63 milyard dollarlıq DRAM mikrosxeminin satışını həyata keçirib ki, bu da birinci rübün göstəriciləri ilə müqayisədə 20,7 faiz çoxdur. Cənubi Koreya istehsalçısının payı rüb ərzində 44,8 faizdən 46,2 faizə qədər artıb.  İkinci yerdə 27,3 faizlə “SK Hynix” şirkəti, üçüncü sırada isə 21,6 faiz bazar payı ilə “Micron Technology” şirkəti gəlir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...