Əsas səhifə Biznes Dövriyyəsi 30 milyon dollarından çox olub, 520 min dollarlıq ətriyyat satıb

Dövriyyəsi 30 milyon dollarından çox olub, 520 min dollarlıq ətriyyat satıb

107
Paylaş

Azərbaycanda rüsumsuz ticarət şirkəti olan “Az Duti Fri Şops Ltd” MMC bu il sayca 20-ci mağazasını açmağı planlaşdırır.

Bu şirkət 2007-ci ildən fəaliyyət göstərir və bütün gömrük sərhəd məntəqələrinin ərazisində Duty Free-yə sahibdir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, təkcə 2017-ci ildə Az Duti Fri Şops Ltd Gürcüstan və Rusiya ilə sərhəddə gömrük məntəqələrində altı mağazanın açılmasına razılıq alıb.

Şirkətin hesabatına əsasən, 2017-ci ildə “Az Duti Fri Şops Ltd” MMC-nin rüsumsuz mağazalarının dövriyyəsi 30,2 mln. ABŞ dollarından çox olub. Onlardan 1,6 mln. dollar Bakıdakı “Diplomat” mağazasının payına düşüb. Siqaret və alkoqollu içkilərin xüsusi çəkisi 98% təşkil edir. 2017-ci ildə bu şirkətin mağazalarında 520 min dollar məbləğində ətriyyat satılıb.

© Turan

Paylaş