Donald Trumpın sahib olduğu şirkətlər

0
1560

Amerikanın yeni dövlət başçısı Donald Trumpun təxmini olaraq 3,9 milyard dollarlıq bir sərvətə sahib olduğu düşünülür.

The Trump Organization LLC Trumpın müxtəlif sektorlarda xidmət verən bir çox şirkətin bağlı olduğu ana holdinqdir. Trump 11 yanvardakı mətbuat konfransında dövlət başçılığı səbəbiylə Trump Organizationın başçılığını oğullarına ötürəcəyini söyləmişdi.

Trump Organizationın sahib olduğu şirkətlər isə aşağıdakılardır:

Daşınmaz Əmlak

Donald Trump daşınmaz əmlak dünyasında tanınmış və ABŞ-ın ən bahalı əmlaklarından bəzilərini satmış bir insandır. Trump Organization’ın milli daşınmaz əmlak portfeli Virginia, Illinois, Florida, New Jersey, Nevada, California, New York, Connecticut, Hawaii və New Yorkdakı mülklərdən ibarətdir. Trump’ın beynəlxalq mülkləri isə Kanada, Türkiyə, Panama, Cənubi Koreya, Filippin, Hindistan və Urugvay kimi ölkələrdədir.

Otellər

Trump Organization dünyanın bir çox ölkəsində otellərə sahibdir. ABŞ-da Illinois, Nevada, Florida, New York və Havayda; beynəlxalq olaraq isə İrlandiya, Panama, Kanadada Trumpa aid otellər var və bir çox yerdə də otel tikintisi davam edir.

Çikaqoda olan Trump International Hotel & Tower və Havayda olan The Trump International Hotel & Tower Waikiki Beach Walk otellər arasında ən məşhurlarından hesab edilir.

Vankuver, Kanada, Rio de Janeyro, Vaşinqton və Bakıda gələcək dövrlərdə yeni otellərin açılması gözlənilir.

Qolf Sahələri

Trump Organization’ın 17 qolf sahəsi var. Şotlandiyada olan və PGA, LPGA, və Senior PGA kimi qolf yarışlarının reallaşdırıldığı The Trump Turnberry bunlardan ən tanınmışı olaraq bilinir. Dubayda də yeni golf tikintisi davam edir.

Qumarxanalar

Trump Organization Trump Entertainment Resortsın 41 fazilik payına sahibdir.

Trump Model Agentliyi

Trump Model Management Donald Trump tərəfindən qurulmuş bir modellik agentliyidir və Miss USA kimi gözəllik yarışmalarına namizədlər göndərir.

Success by Trump

Trump Success Macy ‘s tərəfindən satılan bir ətirdir. 2012-ci ildə təqdim edilərək satılmağa başlayan Success, Five Star Fragrance Company və The Trump Organization’a aid ortaq şəkildə yaradılıb. Macy ‘s 2015-ci ildə Trump’ın immiqrantlarla əlaqədar bəzi şərhlərindən sonra ayrılmaq qərarı aldı.

Sentient Jets

Sentient Jets elit müştərilərə xüsusi uçuş imkanları təqdim edən bir şirkətdir.

Trump Productions

Trump Productions 2004-cü ildə qurulmuş olan bir Amerikan TV istehsal şirkətidir. ‘The Apprentice,’ ‘Pageant Place,’ ‘The Celebrity Apprentice’ və ‘The Ultimate Merger,’ kimi TV proqramları Trump Productionsdan çıxıb. Lakin Trump’ın reaksiya görən sözlərindən sonra bu şirkət də mənfi təsirə məruz qaldı.