Əsas səhifə Biznes ideyası Cücə biznesi necə qurulur?

Cücə biznesi necə qurulur?

2482
PAYLAŞ

Salam dost. Dost sözünü sizi tanımadan əminliklə xitab etməyim əbəs deyil. Çünki əminəm ki, siz də gələcəkdə başqası üçün deyil məhz özünüzçün işləməyi düşünə bilən, özünə dəyər verən insanlardansız. Bu məqalədə də bildiyimi son damlasına qədər çatdırmağa çalışacam.

cuce saxlamaq qaydalari, cuce satiram, cucenin saxlanilmasi, broyler cuce satisi, broyler cuce satiram, inkubator aparati satilir, azerbaycanda inkubator satisi, cuce nece beslenir, cucelerin yemlenmesi, cuceye nece baxilir, cucelerin saxlama qaydasi, cucelere qulluq qaydalari, cucenin saxlanilmasi, cuce dermanlari, cuce saxlamaq qaydasi, cuce yemleri, toyuq növləri, toyuq haqqinda, yumurtaliq toyuqlar, toyuq fermasi, toyuq cinsleri, toyuq satisi, cücə satışı, cuce satisi

Dost, bilirəm ki, siz də tanıdığınız ətrafla az olmayıb ki, müzakirə mövzusu olaraq “Daha necə pul qazana bilərik?”, “Nə cür biznes qura bilərik?” və sair bu tipdə çox mövzular müzakirə etmisiz. Bəzən belə mövzularda dostlardan biri “Mənim gələcəkçün öz biznes ideyam var, amma sirrdir” deyə fikir bildirirlər.

Dostum, onu bil ki, əgər o sirr bildiyinizi hələ də gerçəkləşdirməmisinizsə o dediyiniz sadəcə müzakirə vaxtı səsləndirilən amma  hələ də həyata keçə bilməyən ideyalardan biridir.
Çünki çox ideyalar olur ki, hətta onu danışanın özünə belə real görünmür. Çünki həmin ideyalar çox zaman “filan qədər pulum olsaydı” ifadəsiylə bitir. Bu məqalədə reallaşdıra biləcəyimiz ideyamı bölüşəcəm. Ondan öncə isə bir-iki sözüm var…

“Pulum olsaydı…” deyəcəyim ideya

Biri budur ki, elə bir sosial şəbəkə yaratmaq olar ki, orada əsas predmet hər şeyin səs göndərərək həll olmasıdı. Məsələn: statusu  yazaraq yox, səslə göndərmək, şərhlərə dostların səslə cavab verməsi. Bəlkə də digər sosial şəbəkələr qədər populyar olmasa da hər dəfəsində müxtəlif yeniliklər gətirərək nəhənglərlə rəqabət aparmaq olar. Amma bu dediklərimin də dediyim qədər sadə olması üçün isə mənə bir çox “filanlar” lazımdı.

Quşçuluq biznesi qurmaq

Proqramlaşma dilindən yaxşı anlayışı olanlar, böyük miqdarda hostinqin əldə olunması üçün məbləğ, tətbiqetmə formasına gətirib müxtəlif əməliyyat sistemlərində keyfiyyətli şəkildə təqdim etmək və sair nəzərə almadığım “filanlar”. Əgər bu ideyanın gerçəkləşməsi üçün dediyim və nəzərə almadığım “filanlar” sizə sadə gəlirsə, buyurun. İdeyanı gerçəkləşdirəndə ən azı saytın “Haqqında” bölməsində adımı çəkməyi unutmayın 🙂

Məqalənin yaranmağına səbəb olan ideyam

Sözün düzü bu ideyada bir iş yoldaşımın dediklərindən ilhamlanmışam. Və indiyə qədər eşitdiyim ən real görünən ideya kimi diqqəti cəlb etdiyindən bu sadə biznes formulu sizlə də mümkün dərəcədə ən kiçik detalına qədər vararaq bölüşmək istərdim.

Bunun üçün həyət evində böyük olmayan hin lazımdır. Bəli, hin. Gülümsəmə dostum, davam edirəm. O hin qış fəsli üçün istilik sistemi ilə də təmin edilmiş olmalıdır.
Bundan sonra isə normal gəlir əldə edə bilməyimiz üçün ümumi xərc çoxunun cibinə uyğun gələcək bir məbləğdə 400 manata qədərdir. Təbii ki, istək və şəraitinizdən asılı olaraq məbləği dəyişə bilərsiniz.

400 manat xərc nəyə gedəcək?

  1. İnkubatorla cücə əldə olunub satılan yerdən 1-i 50 qəpikdən 500 ədəd cücə almaq lazımdır. Buna 250 manat tələb olunur.
  2. 100 manata qədər xərc çəkərək gələcəyin toyuğunun 6 ay ərzindəki qidasını almaq.
  3. Yerləşdiyiniz ərazidən asılı olaraq 20-50 manat arasında xərc çəkərək cücələrə xəstəliyə qarşı 10 günlüyündə və 2 aylığında vaksin vurmaq.

Nə itirib nə qazanacağıq? 

Ola biləcək ən böyük itki cücələrin böyüdülməsi zamanı tələf olan cücələrin sayıdır. Amma cücənin böyüdülməsi qışda isti, yayda açıq havada sərin yer tələb etdiyindən bir qədər qayğı tələb edir. Belə ki, qışda hində istilik sistemi vasitəsilə ən azı 30 dərəcə temperaturlu şərait yaratmalısız.

Gəldik gəlirimizə. Biz bu qədər cücələri aldıq ki, onlar 6-8 aylığında toyuq adlandıra biləcəyimiz vaxtda sata bilək. Onların toyuq olduqda qiyməti isə 5-8 manat arası dəyişir. Mən orta hesabla gəlirimizi hesablayacam.

50 itki verdiyimizi nəzərə alaq. Amma daha yaxşı baxdıqda bir neçə yaxud ümumiyyətlə tələf olma halı olmur. Yenə də ola biləcək hadisələrdən sığortlanma məqsədiylə bu qədər itkiylə gəlirimizi hesablayaq. Toyuğun orta satılma qiyməti 6 manat götürək. 450×6=2700 manat.

Bonus olaraq bu müddətdə əldə edəcəyiniz kənd yumurtalarını hesaba almadım. Hansı ki, ailə xərcinizin az da olsa azalmasına təsir edir və qışda hinin qızması üçün qaz işlətmisinizsə sataraq onun pulunu da yumurtayla kompensasiya edə bilərsiniz.

Nəticə

Təbii ki, hər bir ideyada olduğumu kimi bu ideyada da yuxarıda qeyd etdiyim “filanlar”dan oldu. Amma özünüz də hiss etdiniz ki, buradakı “filanları” yerinə yetirmək daha realdı. Reallaşdırdıqdan sonra o demək deyil ki, həmişə gəliriniz 1-ci dəfədən əldə etdiyiniz gəlir olacaq. Zamanla daha da peşəkarlaşaraq bir hissə cücələri yetişdirərək, digər cücələri də alıb saxlayıb yetişdirə bilərsiniz. Və o qədər gəlir əldə edə bilərsiniz ki, başlanğıcda olduğu kimi bu fəaliyyəti özünüz,dost-tanışınız, qohumunuz yox, kiməsə məvacib verərək etdirə bilərsiniz. Təbii ki, bu mərhələyə qədər siz yaxud, sizə yardımçı olan tanışınızdan əmək sərf etməsi tələb olunur.

Son söz

Dost, məqaləni bu yerə qədər həvəslə oxuyub çıxdığınıza görə minnətdarlığımı bildirirəm.
Unutma ki, hansısa faəliyyəti başlayıb davam etmək üçün böyük hövsələ, səbr, etdiyin işi sevmək, başqaları imtina edərkən sənin davam etmə istəyin olmalıdır. Əks halda Rokfellerin dediyi  kimi yaşamalı olacaqsan. Yəni başqaları üçün işləməkdən pul qazanmağa vaxtın olmayacaq.

Dost, bu məqaləni faydalı sayırsansa xahişim budur ki, bu məqalənin linkini dostlarınla paylaş.
Paylaşmaq gözəldir, mən də gözəl bilib bildiyimi paylaşdım.

Yumurta biznesi qurmaq

Müəllif: Azər Musalı

cuce saxlamaq qaydalari, cuce satiram, cucenin saxlanilmasi, broyler cuce satisi, broyler cuce satiram, inkubator aparati satilir, azerbaycanda inkubator satisi, cuce nece beslenir, cucelerin yemlenmesi, cuceye nece baxilir, cucelerin saxlama qaydasi, cucelere qulluq qaydalari, cucenin saxlanilmasi, cuce dermanlari, cuce saxlamaq qaydasi, cuce yemleri, toyuq növləri, toyuq haqqinda, yumurtaliq toyuqlar, toyuq fermasi, toyuq cinsleri, toyuq satisi, cücə satışı, cuce satisi