Əsas səhifə Maraqlı Corc Soros sərvətinin 80 faizini bağışladı

Corc Soros sərvətinin 80 faizini bağışladı

79
PAYLAŞ

1992-ci ilin Sentyabr ayında İngilis Funt-sterlinqinin “Qara Çərşənbə”sindən qazandığı 10 milyard dollarla maliyyə tarixinə düşən macar əsilli fond milyarderi Corc Soros, sərvətinin 80%-ini özünün qurduğu fonda bağışladı.

forekslə zəngin olanlar

“Marja”xəbər verir ki, bağışlamadan sonra Sorosun 1979-cu ildə yaratdığı “Open Society Foundations” (Açıq Cəmiyyət Fondu) 18 milyard dollar əlavə vəsait əldə edəcək.

“Fortune” məlumatlarına görə, Sorosun 23 milyard dollar həcmində sərvəti var.

Açıq Cəmiyyət Fondu, başda insan haqları, təhsil və media olmaqla, ictimai səhiyyə, hüquq və iqtisadiyyat kimi sahələrdə də fəaliyyət göstərir və bir çox ölkəyə etdiyi ianələrlə tanınır.

87 yaşlı Soros, ölmədən əvvəl sərvətinin böyük hissəsini fonda bağışlayacağını daha əvvəl də bildirmişdi.

18 milyard dollarlıq transfer sayəsində vəsaitləri 30 milyard dollara çatan “Open Society”, beləliklə, 40 milyard dollar vəsaiti olan “Bill & Melinda Gate”dən sonra ən zəngin 2-ci fond oldu.

PAYLAŞ