Əsas səhifə İnvestisiya Coinbase birjasına 100 milyon dollar investisiya edilib

Coinbase birjasına 100 milyon dollar investisiya edilib

211
PAYLAŞ

Coinbase kriptovalyuta birjası 1,6 milyard dollar olaraq qiymətləndirilib və D raundunda 100 milyon dollar cəlb edib. Bununla da, Coinbase 1 milyard dollardan çox dəyərlə kriptovalyuta ilə işləyən ilk startap oldu.

Raundda isə Amerikanın Institutional Venture Partners investisiya şirkəti liderlik edib.

Coinbase cəlb edilmiş vəsaitləri müştəri dəstəyinin yaxşılaşdırılmasına və yeni kriptovalyutaların əlavə edilməsinə yönəldəcək.

Coinbase birjası son yarım il ərzində böyük populyarlıq qazanıb. İstifadəçilər 2017-ci ilin əvvəlindən birjanın köməkliyi ilə 15 milyard dollar dəyərində vəsait mübadilə edib ki, bu da bütün 2016-cı il ərzində qeydə alınan göstəricidən 5 dəfə çoxdur.

Son raund da nəzərə alınmaqla Coinbase birjası yarandığı andan bu günə qədər 217 milyon dollar cəlb edib. Daha əvvəl startapa Andreessen Horowitz və Draper Fisher Jurvetson kimi şirkətlər investisiya etmişdi.

Qeyd edək ki, Bitcoin məzənnəsi bu həftə 3500 dolları geridə qoydu ki, bu da həmin rəqəmsal valyuta üçün rekord göstərici oldu.

©banker

PAYLAŞ