“CityMap” yerli startapı qlobal bazara çıxır

0
935

Azərbaycan “start up”larını necə inkişaf etdirməliyik? – İqor Peer ilə müsahibə.

Rəqabətcil dünyanın əsas məsələrindən biri start-uplardır. OTV start-up biznes inkubatoru olan “eAZI start”-ın təsisçilərindən biri olan İqor Peerdən bu mövzuda müsahibə götürüb.

– Azərbaycana gəlməkdə əsas məqsədiniz nədir?

– Adətən mən Azərbaycana 2 aydan bir səfər edirəm və biz burada start-uplar, yeni layihələri inkişaf etdiririk.

– Start-up ilə məşğul olan azərbaycanlı və xarici biznesmenlər arasında əsas fərq nədən ibarətdir?

– Mənim fikrimcə, təcrübə böyük rol oynayır. Azərbaycan ekosistemi hələ tam şəkildə inkişaf etməyib. Lakin, əgər mən azərbaycan və xarici ideyalar arasındakı fərqə nəzər salsaq, böyük fərqlər yoxdur. Hər iki ideya öz-özlüyündə gözəldir. Tək fərq isə Azərbaycanda fərqli ideyaların formalaşmasına imkan verən yaxşı nümunələr və ekosistemin olmamasıdır. Bizim əsas məqsədimiz burda yaxşı ekosistemin əsasını qoymaqdır.

– Azərbaycan start-uplarını xarici bazara çıxarmaq üçün əsas olaraq nə tələb olunur və bunun üçün nə qədər zamana ehtiyacımız var?

– Bu problemlərdən və insanlardan asılıdır. Öz təcrübəmə əsasən, iş məhsuldarlığını və ideyaları xüsusilə də, xarici bazara çıxarmaq bir neçə il çəkə bilər. Xarici alıcılarla əldə edilən biznes imkanı azərbaycan start-uplarını xarici bazara çıxarmaq üçün əsas olaraq tələb olunur. İlk növbədə, Azərbaycan start-upları qlobal alıcılardan yaranan qlobal problemlər tapmalıdırlar. Əgər onlar diqqətlərini qlobal problemlərə, qlobal alıcılara yönəltsələr, əldə edilən həll yolu dünyanın bir çox hissəsində tətbiq edilə bilər. Əgər onlar yalnız yerli bazara yönəlsələr, onlar qlobal olaraq inkişaf edə bilməyəcəklər.

Azərbaycana olan səfərin nəticəsi olaraq, sonda İqor Peer və yerli layihələrdən biri olan CityMap-ın təsisçisi və rəhbəri Vaqif Hüseynov arasında adı çəkilən layihəni qlobal bazara çıxarmaqla bağlı razılıq eldə edildi.