Əsas səhifə Biznes Çində biznes qurmaq istəyirəm deyənlər üçün ən gəlirli sahələr

Çində biznes qurmaq istəyirəm deyənlər üçün ən gəlirli sahələr

1560
Paylaş
Çin
Çin

Kosmetika

Çində orta hədlə üzə qulluq üçün vasitənin 1 flakonunu yaratmaq üçün araşdırma da daxil olmaqla 6,5-dən 10 yuana (1.60 dollar) qədər vəsait tələb olunur. Lakin pərakəndə şəbəkələrdə bu kosmetika 560 yuana, yəni 89 dollara satılır.

Şəxsi gigiyena vasitələri

Buraya dezodorant, şampun və diş pastası daxildir. 2003-cü ildə gəlirlilik reytinqində bu sahə ikinci pillədə idi və orta hədlə illik 14,5% gəlir gətirirdi.

İçki istehsalı

Burada qiyməti 2 yuan olan (0,31 dollar) olan 1 şüşə qazlı su 0,07 yuana (0,011 dollara) istehsal edilir.

Dərman sənayesi

Qaydalara əsasən, dərman vasitələrinin istehsal edilməsinin dəyəri azdır. Halbuki, araşdırma və yeni preparatların yaradılması xərcləri kifayət qədər bahadır. Düzdür, külli miqdarda dərman satışlarından gələn gəlir yeni preparatların hazırlanmasına yatırım etməyə imkan verir. Hazırda dərman sənayesi Çində reytinqdə 5-ci pillədə qərarlaşıb. 10 il bundan əvvəl isə bu pillədə spirtli içki istehsalı yer almışdı.

Telekommunikasiya

Bir baza stansiyasının yaradılması mobil operatora 200 min yuana (32,000 dollar) başa gəlir və 150 min abonentə xidmət göstərə bilir ki, buradan əldə edilən gəlirlərlə daha 30 baza stansiyası yaratmaq mümkündür.

Kiçik məişət texnikasının ixtirası

Çində iri məişət texnikasından fərqli olaraq kiçik texnikanın istehsalı sərfəlidir. Çünki bu texnika tez-tez dəyişilir və bu da istehsalçılara əhəmiyyətli dərəcədə çox gəlir ələ etməyə imkan verir.

Avtomobil

Burada heç də Çin avtomobilləri deyil, Avropa, Yaponiya və Amerika brendlərindən söhbət edir. Orta hədlə burada xarici avtomobilin dəyəri onun hər hansısa Avropa ölkəsində olduğundan qat-qat bahadır.

Təhsil

Prestijli məktəblər və uşaq baxçaları külli sayda şagirdə sahibdir.

Dəfn xidmətləri

Burada minlərlə şirkət dəfn xidmətlərini həyata keçirmək öhdəliyini öz üzərlərinə götürür və qeyd etmək lazəmdır ki, bu xidmətlər kifayət qədər bahadır.

Onlayn oyunlar

Çində onlayn oyunlardan gələn gəlir 50%-dən 70%-ə qədər təşkil edir. Oyunu yaradan ixtiraçılar mütləq olaraq onu dəstəkləməli və inkişaf etdirməlidir.

Paylaş