Əsas səhifə Biznes Çin şirkəti “Syngenta”nı almağa hazırlaşır – QİYMƏT

Çin şirkəti “Syngenta”nı almağa hazırlaşır – QİYMƏT

279
PAYLAŞ

Çinin kimsayal maddə istehsalçısı ChemChina İsveçrənin kənd təsərrüfatı dərmanları və toxumçuluq şirkəti Syngenta-nı 43 milyard dollara satın almaq üçün Syngenta səhmdarlarından razılıq alıb. Eyni zamanda bu proses, Çinli bir şirkətin etdiyi ən böyük satınalma olacaq.
Syngenta səhmdarlarının 80.7%-i satın almanı dəstəkləyir. ChemChinanın etdiyi satınalma təklifi bir səhmə 465 dollardır. Bu şirkətin səhmlərin dünənki yekun qiymətilə eynidir.

Syngenta-nın məhsulları 90-dan artıq ölkəsində satılır, Acuron, Axial, Beacon və Callisto ən tanınan məhsullarıdır. Şirkət eyni zamanda taxıl, qarğıdalı, düyü, soya  və tərəvəz toxumu istehsal edir

Kənd təsərrüfatı kimyəvi maddələri və toxumçuluq sahəsində nəhəng şirkətlərdən Dow Chemical və DuPont,  Bayer və Monsantonun birləşmə işləri də davam edir.

Çin dövləti ən yeni kənd təsərrüfatı kimyəvi maddələrini və toxumlarını daxili bazarda istifadə etmək istəyir.

© Marja

PAYLAŞ