Əsas səhifə Motivasiya Cem Yılmaz: “Dahi musiqiçi ola bilərdim”

Cem Yılmaz: “Dahi musiqiçi ola bilərdim”

1051
PAYLAŞ

Hazırda uğur qazanmış bir çox insan əvvəllər uğursuzluqla qarşılaşıblar. Bəziləri səhv yolu seçib, bəziləri işə başlamadan müflis olub. Türkiyədə hazırda uğur qazanmış bir çox insanın da başından bu uğursuzluqlar keçib. Onlardan bir neçəsi ilə tanış olun:

Muhtar Kent

Coca Cola CEO’su Muhtar Kent, Davos.
Coca Cola CEO’su Muhtar Kent, Davos.

“Tarsus Amerikan Kollecində təhsil aldım və kollecin yataqxanasında yaşayırdım. Atam hər zaman həkim olmağımı istəyirdi. Açığı mən həkim olmaq istəmirdim amma atamın istəyinə qarşı da çıxa bilmirdim. Ona görə bir yol seçmək qərarına gəldim və biokimya ixtisasında təhsil almağa başladım. Təhsilimin ikinci ayında bunun səhv seçim olduğunu və davam edə bilməyəcəyimi atama bildirdim. Bu mənim həyatımın böhran dövrü idi…”

Zeynep Bodur Okyay

“Gənc vaxtlarımdan bir iş görüb özümü sübut etmək istəmişəm. Ancaq bunu iş adamı İbrahim bəyin qızı kimi yox özüm kimi etmək istəmişəm. Çünki atamın onsuz da bir uğur hekayəsi var idi və mən də öz uğur hekayəmi yazmalıydım. Ancaq qurduğum ilk şirkətimi batırdım və yenidən başladım. Uğursuzluq sizin həyatınızda çox vacib amildir. Yenidən cəhd etməyi öyrənirsiniz.”

Hüsnü Özyeğin

Fiba Holding CEO-su Hüsnü Özyeğin.

“Uğursuzluqdan öyrəniləcək şeylər uğurdan öyrəniləndən daha çoxdur. Çünki uğur üçün həm zaman həm də məkan önəmlidir. Məsələn mən Rusiyada 1997-ci ildə bank açdım. 1998-ci ildə moratorium (hökumət tərəfindən müəyyən edilmiş öhdəliyin müəyyən müddətə və ya hansısa fövqalədə hadisənin sonuna qədər yerinə yetirilməsinin təxirə salınması) oldu. Yəni Rusiya dedi ki, “Mən rubl ilə göstərilən qiymətli kağızları ödəmirəm və heç bir zaman da ödəmədi…”

Abdulkadir Konukoğlu

Abdülkadir Konukoğlu, Sanko Holding.

“Şirkəti bağladıq, ortaqlardan ayrıldıq və bitdi. Yeri gəldikdə ayrılmağı da bacarmaq lazımdır. Bir də bildiyin işi görməlisən. Bilmədiyin işi gördüyün zaman böyük ehtimalla zərərə uğrayırsan. Vaxtilə nə qədər pullar itirdiyimi sizə söyləməsəm yaxşıdır. Yolun başında olan iş adamının xəyal belə edə bilməyəci qədər pullar…”

Cem Yılmaz

“Musiqiçi olmaq istəyirdim, telli alətləri yoxladım, zərb alətlərini sınadım. 13-14 yaşlarımda pianino kursuna getdim. Kursda müəllimim gənc və gözəl bir qız idi. İlk dərsdə dedi ki sən dırnaqlarını yeyirsən? Çarəsizcə bəli dedim. İlk və son söhbətimiz də bu oldu. Bir də getmədim. Bu hadisədən 20 il sonra Phil Collinsi gördüm, Another Day In Paradise musiqisini ifa edirdi. Kamera yaxınlaşdıqda onun da dırnaqlarını yediyini gördüm. Uşaq vaxtı müəllim o sualı verməsəydi bəlkə mən də dahi musiqiçi ola bilərdim(gülür)”

PAYLAŞ