Əsas səhifə Həyat tərzi Çağatay Ulusoy Amerikada lüks villa üçün sərvət xərclədi

Çağatay Ulusoy Amerikada lüks villa üçün sərvət xərclədi

395
PAYLAŞ

Cağatay Ulusoy Los Ancelesdəki lüks evinin 4 aylıq kirayəsinə 580 min TL (təxminən 290 min manat) ödəyib.

Bizplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 aydır aktyorluq və dil təhsili üçün ABŞ-a yollanan C.Ulusoy orada villa kirayələyib. Kino ulduzu qalacağı ev üçün sərvət xərcləyib.

Los Ancelesdə bir aylıq kirayəsi 35 min dollar (təxminən 70 min manat) olan iki mərtəbəli villa 3 otaq, 1 salon, geniş həyət və hovuzdan ibarətdir. O, evin 4 aylıq kirayə haqqını nağd ödəyib.

Hollivud ulduzu olmaq üçün böyük canfəşanlıq göstərən aktyor bir günlüyü 100 dollara (təxminən 170 manat) olan “Wrangler Rubicon” model avtomobil də kirayələyib.

PAYLAŞ