Əsas səhifə Biznes Bu il paytaxtın ictimai iaşə dövriyyəsi 569,1 milyon manat olub.

Bu il paytaxtın ictimai iaşə dövriyyəsi 569,1 milyon manat olub.

67
PAYLAŞ

2017-ci ilin yanvar-avqust aylarında Bakının ictimai iaşə dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 569,1 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, dövriyyənin 99,6 faizi qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşıb. Bu sektorda iaşə dövriyyəsinin 44,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55,7 faizi isə fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə 23,2 faiz artaraq 253,7 milyon manata çatıb.

PAYLAŞ