Bu il Bakıda 1,5 milyard manatlıq rabitə xidmətləri göstərilib

0
746

Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərinin informasiya və rabitə müəssisələri tərəfindən təsərrüfat subyektlərinə və əhaliyə 1 milyard 486 milyon 364,4 min manatlıq xidmət göstərilib.

Bizplus.az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən məlumatına görə, bu, keçən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz çoxdur.

2017-ci ilin yanvar-oktyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,6 min nəfər olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 0,6 faiz azdır. Orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artaraq 1103,7 manat təşkil edib.