Əsas səhifə Motivasiya Bu 3 səbəb sahibkarlara uğursuzluq gətirə bilər

Bu 3 səbəb sahibkarlara uğursuzluq gətirə bilər

509
PAYLAŞ

Heç kim uğursuz olmaq istəməz. Buna görə də hər gün hədəflərinizi nəzərdən keçirməli və iş planınızın inkişafı üçün addımlar atmalısınız. Bəzən fərqində belə olmadan atdığınız addımlar işinizə zərər verə bilər.

Aşağıda sahibkarlara uğursuzluq gətirən 3 əsas səbəbi oxuya bilərsiniz:

Şəxsi intizam yoxluğu

Bir sahibkar kimi işinizi planlaşdırmalı və işinizin üzərində daima çalışmalısınız. İşinizlə əlaqədar bir məqsədə sahib olmalısınız və ideal müştərilərinizi tapmalısınız. Özünüzü qamçılamalısınız və qazanma istəyinə sahib olmalısınız. Unutmayın məqsədlərinizə oturduğunuz yerdən çata bilməzsiniz. Uğur üçün önünüzdə olan pillələri tək-tək çıxmalı və öz üzərinizdə hər gün çalışmalısınız.

Uğur üçün ən yaxşı taktika onsuz da var olan və uğur qazandıran sistemlərdən birini həyatınıza qoymaqdır. Proqramınızı təşkil edin, məqsədlərinizi təyin edin və hər müvəffəqiyyət üçün özünüzü mükafatlandırın. Özünüzü intizama alışdırın.

Tez inciyən və kövrək olmaq

Sahibkarlar möhkəm bir xarakterə malik olmalıdırlar. Beləcə çətin iş həyatının öhdəsindən gələ bilərlər.

“Yox”, “Olmaz” sözünü eşitməkdən qorxmamalısınız. Niyə iş həyatına gəldiyinizi xatırlayın. Özünə inandığınız müddətdə, başqaları da sizə inanacaqdır.

Dəyişikliyi sevməmək

Zamanın və texnologiyanın dəyişdiyi reallığı ilə qarşılaşmağı bacarmalısınız. Dəyişikliklərə alışmır və uyğunlaşmırsınızsa, inkişafı gözləməməlisiniz. Dəyişimi və inkişafı gündəlik təkrarlanan bir iş halına gətirin və bunu işinizdə faydalı formada istifadə etməyə çalışın. İşinizlə əlaqədar məqalələr oxuyun, seminarlarda iştirak edin, sosial medianı izləyin, internetdə araşdırmalar aparın. Nə qədər çox bilsəniz, o qədər çox qazanarsınız.

Bir zamanlar uğursuz olmuş türk iş adamları

©banco.az

PAYLAŞ