Əsas səhifə Motivasiya Brendlərinin adını dəyişən milyard dollarlıq şirkətlər

Brendlərinin adını dəyişən milyard dollarlıq şirkətlər

448
PAYLAŞ

Bəzi milyard dollarlıq şirkətlər qurulduqları tarixdən kiçik bir müddət sonra brendlərinin adını dəyişiblər. Bu da həmin şirkətlərin bəziləri:

Subway / Pete’s Super Submarines / Doctor’s Associates

Subway, qurulduğu illərdə iki fərqli adı yoxladı. Qurucuları Fred Deluca və Dr. Peter Buck 1965-ci ildə ilk olaraq Bridgeport, Connecticut-dəki, sendviç mağazalarını “Pete’s Super Submarines” olaraq adlandırdılar. Bir il sonra, bu adı Deluca-nin sendiviç işinin gəliri ilə universitet xərclərini ödəyəcəyi və onun da şəriki kimi bir həkim olmasına yardım etmək məqsədi ilə bir mesaj olaraq: “Doctor’s Associates”-ə dəyişdirdilər.
1968-ci ildə isə şirkət, adını sonradan çox daha təsirli olacaq “Subway”-ə dəyişdirdi və gələcək uğurlarına doğru addımlamağa başladı.

Google / Backrub

Standford-daki doktorantura tələbəsi iki dost olan Google qurucuları Larry Page və Sergey Brin, 1996-cı ildə yaratmış olduqları axtarış sisteminə ilk olaraq “Backrub” adını verdilər. Bu ad kompyuter proqramlarının web backline-larını analiz edə bilməsinə bir işarə idi. Bir il sonra bu adın onlara uğur gətirmədiyini hiss edən şəriklər şirkətin adını “Google” olaraq dəyişdirdilər. Bu ad internetdəki sonsuz miqdardaki məlumatı işarə etməkdədir. Belə ki, “google” adı riyaziyyatdaki sonsuz bir sayı ifadə edən termin olan “googol” kəliməsindən götürülmüşdür.
“Google” hazırda dünyanın ən populyar axtarış portalıdır.

Pepsi-Cola / Brad’s Drink

1893-cü ildə Pepsi-Colanın qurucusu Caleb Davis Bradham, Şimali Karolinadaki əczaxanasında şəkər, su, karamel, limon yağı, hind qozu, və digər qatqı maddələrindən ibarət bir qarışımı satmağa başladı. O, bu içkini “Brad’s Drink” olaraq adlandırmışdı. Ancaq beş il sonra, bir vaxtlar istifadə etdiyi həzm fermenti olan pepsin və kola fıstıqlarının adından ilhamlanaraq “Pepsi-Cola” adını əmtəələşdirdi.

Amazon / Cadabra

Dünyanın ən böyük online pərakəndəçisinın əsl adı Amazon deyildi. 1994-cü ildə Jeff Bezos, “Abracadabra” sehirli kəliməsini xatırladan “Cadabra” adını istifadə etmək istədi. Vəkili, bu adı telefonda səhvən “kadavra” olaraq eşitdikdən sonra, Bezos bu mövzuda daha çox çalışmalı olduğunu hiss etdi. Saytın böyüklüyünü və təsisçilərin çalışma əzmlərini ifadə edəcək “Amazon” adını düşündü. Bu ad eyni zamanda dünyanın ən uzun çaylarının birindən ilham almışdı. Amazon hazırda 399 milyard dollar bazar dəyərinə sahibdir.
Əvvəllər başqa adlara sahib olmuş digər şirkətləri sizə təqdim edirik:
Quantum Computer Services – AOL
Sound of Music – Best Buy
Research in Motion – Blackberry
Tokyo Tsushin Kogyo – Sony
Starbucks Coffee, Tea and Spice, Il Giornale Coffee Company – Starbucks
Blue Ribbon Sports – Nike
AuctionWeb – eBay
Computing Tabulating Recording Corporation – IBM
Marafuku Company, Nintendo Playing Card Company – Nintendo
Wards Company – Circuit City
Stag Party – Playboy
Firebird – Firefox
Confinity – PayPal
Jerry’s Guide to the World Wide Web – Yahoo