Böyük şirkətlərə 10 il bundan öncə 1.000 dollar yatırım etsəydiniz nə qədər vəsaitiniz olardı?

1
971

Düzgün zamanda edilən investisiya gözləmədiyiniz nəticələr verə bilər. Buna ən yaxşı misal kimi bitcoini göstərə bilərik. Bitcoin məşhurluğunu hər nə qədər itirməyə başlasa da bir çoxları vaxtında ucuz qiymətə aldığı bitcoinlər hesabına milyonçu hətta milyarder oldu.

Bəs məşhur şirkətlərə 10 il bundan öncə 1000 dollar yatırım etsəydiniz bu gün hesabınızda nə qədər vəsait olardı?

Amazon

Amazonun hazırdı bazar dəyəri 130 milyar dollardır. Əgər 2008-ci ildə şirkətə 1000 dollar yatırım etsəydiniz hazırda 19300 dollarınız var idi.

Apple

Apple hər il iphone satışları ilə rekord qırır. Bundan 10 il əvvəl Apple şirkətinə 1000 dollar yatırım etsəydiniz hazırda vəsaitiniz 7 min dollar olardı.

Facebook

Son zamanlar konfidiensallıq üzündən səhmləri aşağı düşsə də yenə də şirkətin dəyəri artmağa davam edir. Facebooka 10 il yox 6 il bundan öncə 1000 dollar yatırsaydınız hazırda 4 min dollarınız var idi.

Netflix

Dünyaca Ünlü Şirketlere 10 Yıl Önce 1.000 Dolar Yatırsaydınız?Son illərdə xidmətlərini daha da genişlədən Netflix dünya miqyasında uğura imza atdı. Əgər 2007-ci ildə şirkətin 1000 dollarlıq səhmini alsaydınız hazırda 100 min dollardan çox sərvətiniz var idi. Netflixin hər il daha da inkişaf etdiyini nəzərə alsaq şirkət bundan sonra daha da dəyər qazanacaq.

 

1 COMMENT