“Boeing”, “Embraer”i satın alır

0
724

“Boeing” və “Embraer”, “Embraer” şirkətinin əksər hissəsinin Boeing-ə satışı üçün danışıqlara başladıqlarını açıqlayıblar. “Marja” xəbər verir ki,15 milyard dollar bazar dəyərinə malik olan Embraer satışı üçün Braziliya hökumətinin razılığı lazımdır.

“Embraer” dünyanın ən böyük 3-cü böyük təyyarə istehsalçısıdır. Şirkət, sərnişin təyyarələri ilə bərabər hərbi döyüş təyyarələri də istehsal edir.

15 milyard dollar bazar dəyərinə malik olan “Embraer”in əl dəyişdirməsi üçün Braziliya hökumətinin də razılığı lazımdır. Dövlət danışıqlara qarşıdır.  Braziliya Prezidenti Mişel Temer dünən müdafiə naziri ilə keçirdiyi toplantıdan sonra çox kəskin bir bəyanat verərək “Embraer heç vaxt satılmayacaq”, – deyib.

Braziliya aviasiya sənayesinin “ləl-cəvahiratı” hesab edilən “Embraer”, 1969-ci ildə dövlət dəstəyilə yaradılmış və 1994-ci ildə 200 milyon dollar borcu ilə özəlləşdirilmişdi. Gəlir əsasında dünyanın ən böyük 3-cü kommersiya məqsədli təyyarə istehsalçısı olan “Embraer”, dünya üzrə 18 min nəfər işçiyə malikdir və 70- 100 sərnişin tutumlu təyyarələri ilə tanınır.