Bob Dilanın gitarası 400 min dollara satıldı

Date:

Paylaş:

ABŞ şairi və musiqiçisi Bob Dilanın gitarası Dallasda (Texas ştatı) 396,5 min dollara satılıb.

Oxu.Az Heritage Auctions hərrac evinin məlumatına istinadən bildirir ki, Dilan Martin markasının akustik D-28 modelindən olan gitarasını 1963-cü ildə alıb.

Əfsanəvi musiqiçi bu alətdə 10 ildən artıq çalıb. 1970-ci illərin sonlarında musiqi alətini özünün gitara ustasına satıb. Dilanın indiyə qədər saxladığı çekin üzərində gitaranın dəyərinin o zaman 500 dollar olduğu qeyd olunub.

Xatırladaq ki, 2016-cı ildə Bob Dilan ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...