Əsas səhifə Startup Blockchain-startap 30 saniyəyə 25 milyon dollar cəlb edib

Blockchain-startap 30 saniyəyə 25 milyon dollar cəlb edib

187

BitClave Active Search Ecosystem blockchain-startapı uğurla ICO (tokenlərin ilkin yerləşdirilməsi) keçirib və 32 saniyə ərzində 25,5 milyon dollar cəlb edib.

Bir CAT (Consumer Activity Token) tokeninin dəyəri yerləşdirilmə zamanı 10 sent təşkil edirdi. Startap reklam bazarında istifadəçilər və biznes arasında vasitəçi qismində çıxış edən Google, Facebook və Amazon kimi nəhəng oyunçuları sıxışdırmaq niyyətindərir. BitClave Active Search Ecosystem isə bu sistemi sındırmaq niyyətindədir.

Şirkət biznes və alıcıları birbaşa olaraq birləşdirmək istəyir. Axtarış sisteminin istifadəçisi xidmətin köməkliyi ilə özü haqqında hansı məlumatların şirkətlərə verilməsinə qərar verə biləcək və qarşılığında CAT tokeni formasında mükafat əldə edəcək. Mükafatlandırma həcmi isə təqdim edilmiş şəxsi məlumatların həcmindən asılı olacaq.

©banker

 

Paylaş