Əsas səhifə Biznes ideyası Biznesin yeni uğur aləti

Biznesin yeni uğur aləti

263
PAYLAŞ

İnternet Reklam (Online Advertising) 1990-cı illərin əvvəlində ABŞ-da yaranmağa və yayılmağa başladı. Yaradılmış saytlarda məhsul və xidmətlər haqqında məlumatların yerləşdirilməsi yeni reklam sahəsi açmış oldu. Google, Yahoo  kimi internet saytları kiçik və orta bizneslərə yerli kütləyə hədəflənmiş reklam təklifləri verməklə bu sahəni genişləndirdi. İndi internet reklam kontekst, mobil, video, sosial şəbəkə, axtarış reklamları kimi qollara ayrılaraq böyük marketinq biznesinə çevrilmişdir. Şirkətlər son illərin krizislərində effektivliyinə görə online reklamlara daha çox üz tutmağa başlamışdır. Bəs internet reklamın öyrəşdiyimiz reklamlardan üstünlüyü nədədir?

İnternet Reklamlar və Hər Birinin Effektivliyindən İstifadə

 

Sayt SEO-su – SEO təbii yolla (saytların düzgün hazırlanması) Google kimi axtarış sistemlərində tapılmasını təmin edən işlərdir. Demək olar ki, pulsuz reklamdır. Əgər saytınızın hazırlanmasını profesional web dizayn studiyaya sifariş etmisinizsə, artıq saytın adındakı sözlər axtarıldıqda ilk nəticələrdən biri də sizin sayt olacaq. SEO-nun üstünlüyü ondadır ki, bununla biz hərkəsə deyil, birbaşa həmin anda həmin malı axtarana reklam etmiş oluruq. Bir dəfə görülmüş işlər sayəsində reklam kampaniyası bitsə də çalışması, AdBlock və başqa sistemlərin bağlaya bilməməsi SEO-nu daha güclü edir.

Email Abunələr – Email reklamlar SEO-dan sonra 2-ci effektiv vasitə sayılır. Axı hər birimiz heç olmasa gündə bir dəfə emailimizin gələnlər qutusunu yoxlamağa çalışırıq. Reklam məktublarını oxumasaq belə effektivdir, çünki hədəf kütləsini seçmək imkanı var. Yaratmaq üçünsə sadəcə düzgün qurulmuş plana ehtiyac var.

Banner Reklamları – İstənilən saytda reklam bannerləri yerləşdirmək, ya da Google AdWords, Яндекс.Директ kimi sistemlərdən istifadə etməklə banner reklamları kampaniyasına start vermək olar. Ən önəmli üstüyü nəticələrin həmin andan başlayaraq görülməsindədir. Bu zaman Pay-Per-View (Baxışa Görə Ödə), Pay-Per-Click (Tıklamaya Görə Ödə), Pay-Per-Action (Hərəkətə Görə Ödə) ya da Fixed Cost (Təyin Olunmuş) qiymət sistemləri təklif edilə bilər. Bannerlərin qiymətləri yerləşdiyi sayta, ya da saytdakı yerinə görə fərqlənir. Ən baha sayılacaq banner saytın ilk səhifəsində ən yuxarıda horizontal və sağ sütunda ən yuxarıda yerləşdiriləndir. Reklamların effekttivliyi üçün bir səhifədə maksimum 2-3 reklam banneri olmalıdır. Daha artıq olması reklamların uğurunu sual altına alır.

Sosial Şəbəkələrdə Reklam – 2016-cı ilin  analitik araşdırmalara görə Azərbaycanda internet istifadəçilərinin 68 %-i Facebook, YouTube – 15 %, Twitter, Instagram və Video.az – 3 % payına düşür. Qalan 8 %-i əsasən Tumblr, Odnoklassniki, Vkontakte, LinkedIn, Pinterest və Disput.az öz aralarında bölür. Sosial şəbəkələrdə banner reklamları yerləşdirə, ya da Sosial Media Marketinq (SMM) planı quraraq online marketingin yaratdığı imkanlardan ödənişsiz olaraq yararlana bilərsiniz.

Mobil reklamlar isə bu sahədə bir yenilikdir. Onlayn marketinqin gələcəyinin tam kəşf etmədiyimiz bu qolun üzərində qurulacağını desək bəlkə də yanılmarıq.

İnternet Reklamları Harada və Necə İstifadə Etmək Olar

İnternetdə reklam kampaniyasına başlamadan öncə nə etmək istədiyimiz xırdalıqlarına qədər düşünmək çox önəmlidir. Online marketinqin effektivliyindən tam yararlana bilmək üçün reklamın hədəf nöqtəsi və məqsədə doğru plan qurulmalıdır. İnternet marketinq planın məqsədləri müxtəlif ola bilər:

Satışın həcmini artırmaq  Yeni satış kanallarının açılması satışların artmasına gətirib çıxarar. Elektron ticarətin həcmi durmadan artmaqdandır. Bu gün şirkətlər internet vasitəsilə öz məhsul və xidmətlərini başqa regionlarda çox asanlıqla təklif edə bilir. Elektron dükanların açılması üçün lazım olan maliyyə kapitalı öyrəşdiyimiz mağaların xərcləri ilə heç qarşılaşdırıla da bilməz.

Brendin internetdə tanıdılması – İnternet istifadəçilərin sayı artmaqdadır. Bununla yanaşı daha yeni texnologiya olduğuna görə insanlar internetdən aldıqları informasiyalara daha diqqətlə yanaşırlar. Bu gün hər bir brend öz imicini formalaşdırmaq üçün internetdə doğru və çox məlumat yerləşdirməyə çalışır. Hər bir şirkət, ya da brend öz adı ilə internetdə tanınmağa çalışır.

Uzunmüddətli perspektivdə brendin imicini qaldırmaq –Online reklamların köməyilə brend haqqında fikirləri daha uzun zaman üçün dəyişmək olar. İstifadəçilər vaxtaşırı yenidən bu reklamlara üz tuta bilər, ya da axtarış apardıqları zaman qarşılarına çıxa bilər. Bunun üçün sayt açmaq, SEO, SMM, Youtube kanalı və başqa bu kimi yollar demək olar ki, kapital qoyuluşu tələb etmir.

Rəqiblərə uyğun olaraq strategiya seçmək – İnternet marketinq daha geniş analitaka imkanları verir. Hətta rəqiblərin göstəricilərini izləmək üçün bir çox online alətlər mövcuddur. Ola bilər ki, yeni beznesə başlayır, ya da çox kiçik biznesiniz var. İnternetdə bazara daxil olmaq üçün mütləq başqa yollar, yeni bazarlar tapmaq olar.

Diler şəbəkəsini genişləndirmək – Mal və xidmətlərinizi realizasiya edə bilmək üçün yeni diler şəbəkələri qura bilərsiniz. İndi bir çox böyük şirkətlər internetdə partnyorluq proqramları təklif edir. Bu proqramlar sayəsində hətta heç bir mal/xidmətiniz olmadan belə online vasitəçi kimi satışlat etmək mümkündür.

Xidmət səviyyəsinin qaldırılması – Bəlkə alıcınız indi sizi internetdə axtarır? Niyə tapmasın və başqa şirkətlərə üz tutmalı olsun? Müştərilərinizə sizinlə bağlantı qura bilmələri üçün başqa əlaqə vasitələri təklif edin (Skype, WhatsApp, ya da Facebook). Müasir biznes həyatında sosial media marketinq (SMM) müştəri məmnuniyyəti yaratmaq üçün ən önəmli alətə çevrilmişdir.

İnsanların fikrini hər hansı bir nöqtəyə yönəltmək – İctimai fikri formalaşdırmaq üçün internetdən çox geniş istifadə olunur. Siz də düzgün qurulmuş SMM, ya da video reklamlarla özünüzə lazım olan məsələni daha çox şişirdə bilərsiniz.

Yeni məhsulu bazara çıxartmaq – İnsanlar ilk olaraq sosial şəbəkələrdən, ya da ümumiyyətlə internet saytlardan eşidilən məlumatı paylaşmaq istəyir. Siz də yeni məhsulu (ya da xidməti) tanıtmaq üçün internet reklamlardan istifadə edə bilərsiniz. Burada düzgün qurulmuş Search Engine Marketing (SEM) planı ilə qısa zamanda geniş kütləyə ulaşmaq olar.

Bu sahə durmadan inkişaf etməkdədir və burada göstərdiyimizdən də çox hədəfə çatmaq üçün online reklamlardan yararlanmaq olar. Önəmli olan nə istədiyimizi öncədən bilib, bu yolda effektiv olacaq uyğun alətlərin seçilməsidir.

fins.az

PAYLAŞ