Əsas səhifə İş adamları Biznesi dinlə qarışdırmayan milyarderlər

Biznesi dinlə qarışdırmayan milyarderlər

594
PAYLAŞ

İstehlakçıların kompaniyanın dini görüşləri haqqında fikirlərinin yaranmasında rol oynayan ən vacib amillərdən biri həmin kompaniyanın bazar günü çalışıb-çalışmaması ilə bağlıdır.

buffett kimdir

The Guardian qəzetinin 2005 saylı məqaləsində Papa XVI Benediktdən sitat gətirilir, o öz katolik məsləkdaşlarını “qarşısıalınmaz istehlakçılıq və dini biganəliyə qarşı” müqavimət aparmaq məqsədi ilə bazar gününü daima öz şüurlarında dini bir gün kimi saxlamağa çağırır. 

Bir sıra məşhur pərakəndə satış firmaları, o cümlədən də toyuq fast-food istehsaçlısı Chick-Fil-A, incəsənət və əl işləri dükanı Hobby Lobby və mebel nəhəngi R.C. Willey məğrurluqla öz veb-səhifələrində bildirirlər ki, onlar bazar günü işləmirlər.

Amma əksər kapitalistlər dərhal qeyd edirlər ki, bazar günü istehlakçılar arasında alış-veriş etmək baxımından daha populyardır, belə ki, həftə ərzində işləyən insanlar məhz həftə sonu alış verişə, gəzintilərə vaxt ayıra bilir. Bundan əlavə adi bir günü itirmək həftənin 14%-i müəssisənin bağlı olması deməkdir.

Uorren Baffet mebel istehsalçısı R.C. Willey şirkətinin bazar günləri bağlı olması ilə bağlı məsələyə münasibət bildirib, R.C. Willey öz doğma ştatı Yutadan genişlənə bilsə də, dükanların bazar günü hələ də bağlı qalmasına görə “yüksək yerlər uğrunda” mübarizədə məğlub olacaq. Uorren Baffet biznes praktikaları ilə dini təlimlərin bir-birindən ayrı saxlanılmasının tərəfdarı olan yeganə biznesmen deyil. Aşağıda özünü dindən uzaq elan etmiş investor və biznesmenlərin adı verilmişdir.

Uorren Baffet (Warren Buffett)

Uorren Baffet aqnostik olduğunu etiraf edir, bu isə onun biznes və ümumi həyat haqqında düşüncələri ilə səsləşir. O, söyləyir ki, bir zamanlar onun mentoru (işgüzar aləmdə onun ustadı) olmuş Benjamin Grahama deyiblər ki, eyni dini əqidəni bölüşmədiyinə görə Baffeti işə götürməsin. İstər Baffetin verdiyi intervülər, istərsə də onun sitatları dini görüşlərlə bağlı münasibətini əks etdirir. Aqnostik baxışlar içərisində onun ən çox sevdiyi fikir belə səslənir: söhbət dindən gedərsə, burda heç kəs yanlış deyil, bu isə kifayət qədər məntiqi səslənir.

Baffetin investisiya kompaniyaları olduqca məşhurdur, belə təsir yaranır ki, onun həyata keçirdiyi hər bir sövdələşmə biznesdə onun qədər uğur qazanmaq istəyən hər bir insan tərəfindən ətraflı araşdırılır. Amma buna rəğmən, Baffet kimi uğurlu investisiya etmək istəsəniz, Walmart, Wells Fargo və ya Coca-Cola kimi variantları nəzərdən keçirə bilərsiniz.

Stiv Cobs (Steve Jobs)

Apple kompaniyasının banisi Stiv Cobs Allahın mövcudluğuna şübhə ilə yanaşırdı. Onun dini görüşlərinin böyük bir hissəsi Uolter İsaksonun Stiv Cobsun bioqrafiyasının araşdırılmasına həsr olunmuş əsərində öz əksini tapmışdır. Stenoqramlar və intervülər göstərir ki, Stiv onda xərçəng xəstəliyi aşkar olunandan sonra dinə daha çox yaxınlaşıb, amma buna baxmayaraq o, yenə də şanslarının 50-nin 50-yə olduğuna inanıb.

Cobs həmçinin belə hesab edirdi ki, həyat və ölüm sadəcə elektron cihazdakı yandırıb-söndürmə açarına bənzəyir və buna istinad edərək o, Apple qurğularına elektrik dəyişdirici açar (yandırıb-söndürmə açarı) əlavə etməmişdir, çünki ölümdən sonrakı – axirət dünyasına inam və hər şeyin ölümlə bitməməsi ideyası onun xoşuna gəlirdi.

Bill Qeyts (Bill Gates)

Bill Qeyts indiyə qədər dini görüşlərə və yazılara əsaslanan “hadisələrin necə və nəyə görə baş verməsinin” elmi cəhətdən izahının verilməsinin tərəfdarıdır. Billin hələ 1970-ci ildə verdiyi müsahibə onun müəyyən xristian inanclarına inanmadığını və müntəzəm kilsə ziyarətçisi olmadığını göstərmişdi. Uolter İsakson ilə olan müsahibələrin birində isə o belə bir sitat gətirir: “Mənim bazar günləri səhər çağı edə biləcəyim o qədər çox iş var ki”.

Qeytsin portfelində çoxlu sayda maliyyə səhmləri vardır, amma o, həmçinin məşhur adları da sevir; o, McDonald’s, Coca-Cola və Caterpillar kimi şirkətlərin səhmlərinin sahibidir.

Corc Soros (George Soros )

Georgesoros.com –Corc Sorosun rəsmi veb-saytında bildirilir ki, Corc Soros özünü ateist hesab edir, lakin o, bütün dini əqidələrə və inanclara hörmətlə yanaşır. Xüsusən də o, inanır ki, qəlbində inam olan və dini icmaya məxsus insanlar sosial məsuliyyətli məsələlərin cəmiyyət tərəfindən dərk olunması istiqamətində daha çox töhfə verir və siyasətçilərin, statistiklərin və namizədlərin xüsusi üstünlük təşkil etdiyi debatlara mənəvi aspektlər əlavə edir.

PAYLAŞ