Əsas səhifə Biznes Biznes qurmaq üçün ideya tapmağın yolları – 15 ÜSUL

Biznes qurmaq üçün ideya tapmağın yolları – 15 ÜSUL

885
PAYLAŞ

Bu gün sizə biznes üçün ideyaları necə seçmək barədə bir neçə maraqlı və faydalı məsləhətlər təqdim etmək istərdik.

Kiçik biznes üçün imkanlar həddindən artıq genişdir. İdeya axtarışının yolları isə aşağıda sadalanıb.

1. Cəmiyyətdə nəyə tələbat/sorğu var? İlk öncə özümüzə bu sualı verməli və  daha sonra isə mükəmməl bir marketing araşdırması (İnternet və s. bu kimi vasitələrlə) etməliyik. Cəmiyyətə bu dəqiqə – yəni hal-hazırda nə lazımdır? Onların necə bir məhsula və yaxud da xidmətə ehtiyacı vardır? Bunun üçün siz bütün resurslarınızdan istifadə edə bilərsiniz. Əlinizdə olan bütün imkanlardan istifadə etməyinizdə böyük fayda vardır. Məsəl üçün nələr edə bilərsiniz:

  • Sosial şəbəkələrdə (Facebook, Twitterdə, İnstagramda və s.) online sorğular apara bilərsiniz?
  • Ölkəmizdə marketing /bazar araşdırmaları üzrə ixtisaslaşan şirkətlərimizə bununla bağlı müraciət edib sifariş verə bilərsiniz. Sonda həmin şirkət təyin edilmiş vaxt başa çatdıqda (adətən 1-2 ay) sizə apardığı sosial araşdırma və sosial sorğuların nəticələrini təqdim edəcəcəlkdir. Bu statistik nəticələr sizə böyük kömək ola bilər.
  • Və yaxud araşdırma şirkətlərinə verməyə pulunuz yoxdursa yaxın 5-6 dostunuzu götürərək özünüz şəhərdə çıxıb küçə sorğuları apara bilərsiniz.
  • Yox əgər buna da ərinirsinizsə ailə üzvlərinizə, qohumlarınıza, yaxın 20-30 dostunuza və digər müxtəlif yerlərdən tanışlarınıza “Sənin necə bir məhsula və ya xidmətə ehtiyacın var və onun olmasını istərdin ki, hansı ki elə bir şey hələ ölkəmizdə yoxdur?” sualını verməyiniz kifayətdir.

Və yaxud da B2B biznesi qurmaq düşünürsünüzsə eyni sualı şirkətlər üzərində analiz apara bilərsiniz? Şirkətlərə bu gün hansı xidmət lazımdır?” sualı üzərində araşdırmalar və biznes analizlər edə bilərsiniz.

2.Sizdə olan bacarıq və qabiliyyət nələrdir? Güzgüdə bir özünüzə baxın. Siz nə bacarırsınız? Nə kimi anadangəlmə və yaxud sonradan qazandığınız bacarıq və qabiliyyətləriniz var? Sizin anadangəlmə qabiliyyətiniz biznesiniz üçün təməl ola və sizə çoxlu pul qazandıra bilərmi? Bu suallara düşünüb cavablar tapın. Unutmayın ki, bu gün USA-in dünyaca məşhur fast food markası sayılan və 520,3 milyon ABŞ dolları (2007) gəliri olan KFC (Kentucky Fried Chicken) şirkətinin yaradıcısı Polkovnik Harlend Sanders bu gün dünyanın 90-dan çox (94 ölkə) ölkəsində fəaliyyət göstərən bu fast food biznesini özünə bu sualı verməklə yaratmışdır.

3.Cəmiyyətin problemləri nələrdir? İstənilən bir biznes sektoru gəlir əldə etməzdən qabaq hər şeydən əvvəl cəmiyyətin problemini, daha konkret olsaq öz müştərisinin ehtiyacını ödəyir və onun problemini həll edir. İnsanlar marketə girib məhsul alırlarsa öz aclıq ehtiyacını ödəyir. Və yaxud xanımlar gözəllik salonuna gedirsə burda gözəl görünmək ehtiyaclarını ödəmiş olurar və baxımsız görünmə problemini həll etmiş olurlar. Ona görə də siz bu sual üzərindən çox möhtəşəm biznes ideyalar tapıb çıxara bilərsiniz. “Mən necə bir məhsul və ya xidmət yarada bilərəm ki o bu gün insanların x problemini daha tez və daha rahat həll edə bilsin?” sualımı özünüzə verib bir brainstorming etməklə.

4.Kəşf olunmayan məhsul/xidmət. İstənilən biznes növü olsun orda biznes ideya innovativdirsə o biznes 100-də 70 tutarlı və uğurlu olacaq. Əgər ideyanız innovativ (yenilikçi) və kreativdirsə və sizin yaradacağınız məhsul (və ya xidmət) dünyada bir ilkdirsə – yəni təzəlikcə kəşf olunursa o zaman onu əldən buraxmayın.

5. Sizin ailəniz əzəldən nə ilə məşğuldur?

Atanız və yaxud ulu babalarınızın sənəti – indiki dildə desək binzesi nələr olub? Sizə miras qala biləcək hər hansı bir ailə biznesi varmı? Bəlkə ailə müəssisəsində bir az işləyib, işi tam xırdalıqlarına qədər mənimsəyəsiniz, ondan sonra öz biznesinizin əsasını qoyasınız?

6. İşlədiyiniz kompaniyaya nəzər salın.

Bəlkə kompaniyanızın etmədiyi bir işlə məşğul olmağa dəyər. Məsələn bazarın elə bir sahəsi varmı ki, sizin kampaniya ora xidmət göstərə bilərdi, amma bu bazar hələ tutulmayıb?

7. Kompaniyanız tərəfindən rədd edilən və ya reallaşdırıla bilməyən ideyaları öyrənin. Adətən onlar kiçik biznes üçün kifayət qədər perspektivli olur.

8. Françayzinqlə bağlı jurnallar oxuyun. Sürətlə inkişaf sahələrində biznes qurun və ya alın, məsələn yaşı otuzdan yuxarı olan qadınlar üçün idman zalı. Françayzinq üçün imkanlar həddindən artıq çoxdur.

9. Müəyyən etnik qrup üçün xidmətlər təklif edin. Və ya məhsul çatdırın. Elə bir qrup seçin ki, sürətlə böyüsün. Məhz həmin insanlara mal satın və onların istədiyi qaydada satın. Məsələn filan Respublikadan gələn mühacirlərə hansı məhsullar lazım olur ki, onları Azərbaycanda-da tapmaq mümkün deyil? İspan dilini öyrənin və ispanca danışan müştərilər ilə işləyin.

10. İnsanlar qocaldıqca onların sağlamlıq və səhiyyə sahəsində daha çox və fərqli xidmətlərə ehtiyacı olur. Bunu da nəzərə almağı unutmayın.

11. Müxtəlif bacarıq və əl qabiliyyətlərindən bəhs edən televiziya verilişlərinə baxın və biznes trendləri izləyin. Bağbanlıq, təmir, interyer işləri və s. Bu sizə populyar ideya və müasir tendensiyalardan xəbərdar olmağa imkan verəcək. Məsələn istehlakçıları qarajla təchiz edən kompaniyalar varmıdır? Və ya hər hansı bir şirkət internet vasitəsi ilə həyət bağları üçün olan bitkilərin əkilmə və ya becərilmə vaxtı və qaydaları ilə bağlı informasiya ilə təchiz edirmi? İnternet vasitəsi ilə hüquqi xidmət, dayəlik və ya baxıcılıq xidməti təklif edənlər varmı? Bəzən elə ailələr olur ki, hər iki ailə üzvü işi ilə əlaqədar səfərlərə çıxır, evdən muğayat olacaq və burdakı işləri (dibçək bitkilərini sulama, ev və həyət heyvanlarına baxmaq, onları yemləmək və s.)  həll edə biləcək birinə ehtiyac duyurlar.

12. Hazırda çalışdığınız kompaniyanı ala bilərsinizmi?

Bunu borc kimi cəlb edilmiş vəsaitlərlə edə bilərsiniz, ya da rəhbərliklə başqa cür razılığa gələ bilərsiniz. Və yaxud da şirkətinizin yarandığı gündən səhmlərinin bir neçə hissəsini (Faizlə – %-lə) şirkətdə uzun müddət çalışan və öz töhfəsini verən işçisinə hədiyyə etdiyi halı olubmu və yaxud şirkətiniz bundan sonra bunu edə biləcək potensiala malikdirmi?

13. Müxtəlif auditorlar, vəkillər, kredit mütəxəssisləri, professional brokerlər və digər elanlar sizi satışa çıxarılmış biznesə çıxara bilər. Belə bir kompaniya alın.

14. Hər hansı bir biznesə başqa nəzərdən yanaşın.

Siz belə bir işi nisbətən daha yaxşı şəkildə təşkil edə bilərsinizmi? Son səyahətlərinizdən birini yada salın. Həmin ölkədəki hər hansı bir biznesi gəlib öz ölkənizdə tətbiq edib qura bilərsinizmi? Ölkənizdə həmin məhsula və ya xidmətə belə bir tələbat varmı?

15. İllərlə insanlara danışdığınız və gerçəkləşdirmək istədiyiniz bir fikri reallaşdırmağa çalışın.

Hələ məktəb illərindən bəri beyninizdə olan bir proyekt varmı? İstənilən bir start-up-da ən vacibi “nə satdığını” anlamaqdır.

Bloqu oxudunuzsa sadəcə zəhmətimizi dəyərləndirmək üçün zəhmət olmasa 30 saniyəniniz bizə ayırıb aşağıda “Bir cavab yazın” adlı komment hissəsində öz fikirlərinizi, rəylərinizi  bizimlə bölüşməyi və eyni zamanda bu yazını facebookda həyat yolunuzda paylaşmağı unutmayın.

Hər dəfə yazılan bu kimi maraqlı məqalələrdən, araşdırmalarımızdan və yeni bloq yazılarımızdan xəbərdar olub onlardan faydalanmaq istəyirsinizsə sağ tərəfdə aşağıda izlə bölməsinə öz emailinizi yazıb göndərməyiniz  yetərlidir. Əks halda yeni dərc olunan yazılar emailinizə gəlməyəcək.

Göstərdiyiniz diqqətinizdən dolayı hər birinizə sevgi dolu dərin təşəkkürümü bildirirəm.

fins.az – XƏYAL ABDULLAYEV

PAYLAŞ