Uğurlu iş adamlarından motivasiya edici sitatlar

Date:

Paylaş:

Uğurlu insanların yalnız həyatını izləyərək ilham almaq deyil eyni zamanda etdikləri səhvlərdən da dərs çıxarmaq sahibkarlığa addım atanlar üçün önəmli amillərdəndir.

Məşhur iş adamları və milyarderlərin ilham verən sitatları:

Stiv Cobs

steve cobs
Steve Cobsun nadir fotolarından biri

“Bu həyatda zamanınız məhduddur. O məhdud zamanı, başqasının həyatını yaşayaraq korlamayın. Başqa insanların düşüncələri ilə yaşanan həyat, doğmaların tələsinə düşmək deməkdir. Başqa insanların fikirlərinin gurultusunun öz ürəyinizin səsini eşitməyinizə maneə törətməsinə icazə verməyin. Ən önəmlisi isə ürəyinizin və hisslərinizin yolundan gedəcək cəsarətə sahib olun. Qəlbiniz və hissləriniz nə etmək istədiyinizi bilirlər.”

Walter Elias

“Arxasından gedəcək cəsarətiniz varsa, bir gün bütün xəyallarınız gerçək ola bilər.”

Richard Branson

“Ən böyük motivasiya bilirsiniz nədir? Özümə yalnız özümü rəqib olaraq görmək. Mənə görə həyat hər gün yeni bir şeylər öyrəndiyimiz uzun müddətli ali təhsildir”

Oprah Winfrey

“Bir şeyi istədiyinizi və ya bir şeyə inandığınızı təyin etdiyinizdə bunu ilk eşidən sizsiniz. Bu sizə və digərlərinə nəyin mümkün olacağına dair bir mesajdır. Edə biləcəklərinizə heç bir zaman sərhəd qoymayın.”

Bill Gates 

milyarder

“Müvəffəqiyyəti qeyd etmək yaxşıdır. Amma müvəffəqiyyətsizliklərdən alınan dərsləri daha yaxşı öyrənmək lazımdır.”

Henry Ford

Henry ford haqqinda

“Müvəffəqiyyətsizlik, yenidən və daha ağıllı şəkildə başlayan fürsətdən başqa bir şey deyil”

Larry Page

“Fikrinizi inkişaf etdirə bilmək üçün 100 insan işləyən bir şirkətə ehtiyacınız yoxdur”

Warren Buffet 

“Etibar qazanmaq 20 il çəkir, etibar itirmək isə 5 dəqiqə. Bunun haqqında düşünsəniz edəcəyiniz işi daha fərqli edərsiniz.”

Russell Simmons 

“Hər zaman özümdən daha ağllı insanlarla münasibət yaratdım. Bu mənim inkişafıma böyük kömək oldu”

Jeff Bezos

“İnsanların etdiyi ən böyük səhv maraqları olmayan sahələri məcburla sevmək istəyidir. İnsanlar ehtiraslarını seçə bilməz, ehtiraslar insanları seçər “

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...