Əsas səhifə Biznes ideyası Biznes ideyasının işə yarayacağını necə bilmək olar?

Biznes ideyasının işə yarayacağını necə bilmək olar?

580
PAYLAŞ

Fərz edək ki, siz start-up üçün maraqlı ideya fikirləşmisiniz. Bəs sonradan ideyanın reallaşdırılması zamanı çıxılmaz vəziyyətə düşməmək üçün onun üstünlüklərini və çatışmazlıqlarını necə düzgün qiymətləndirmək olar?

Diqqətinizə məşhur biznesmenlərin, investorların uğurlu ideyaları seçərkən əsas götürdükləri meyarları çatdırırıq.

Professional investorlar sual verməyi xoşlayırlar. Məşhur amerikalı biznesmen Pol Qrem də onlardan fərqlənmir, o, start-up təsisçilərilə intervyu zamanı əsasən bu sualları verir:

Pol Qrem: özünüzə 8 sual verin

biznes ideyasi

  1. Bu nə məhsuldur?
  2. O nə verir və kimlər ondan istifadə edəcək?
  3. O nə verir və əslində ondan kimlər istifadə edəcək?
  4. İstəyirsiz hər şeyi düzgün başa düşdüyümə əmin olmaq üçün sualı bir də təkrar edim, bu nə məhsuldur belə və nə verir?
  5. Onun işə salınmasında qarşıya çıxa biləcək ən böyük çətinlik nə olacaq?
  6. Məhsul artıq buraxılanda qeyd edilənlərdən başqa çətinliklər ortaya çıxmayacaq ki?
  7. İşin ən çətin hissəsini həll etmək üçün ən asan yol hansıdır?
  8. Müştərilərinizin diqqətini necə çəkəcəksiniz və ya belə deyək, necə edəcəksiniz ki, onlar təkrar-təkrar eyni məhsul və ya xidmətdən yararlansınlar?

Kiçik biznes qurmaq üçün nə etməli?

Verilən cavablar ideyanın reallıqda necə görünəcəyini obyektiv şəkildə qiymətləndirməyə imkan verir. Perspektivi olmayan ideyadan elə indidən əl çəksəniz daha yaxşı olar, nəinki onun reallaşmasına vaxt və əmək sərf etdikdən sonra.

Robert Kiosaki özünün “Öz biznesinizi qurmamışdan əvvəl” adlı kitabında ilk əvvəl özünüzü qiymətləndirməyi təklif edir. Bir sıra “faydalı” uğursuzluqları sınaqdan keçirmiş təcrübəli investor aşağıdakı kriteriyalar üzrə özünüzü qiymətləndirməyi təklif edir.

Robert Kiosaki: işə özünüzü qiymətləndirməkdən başlayın

biznes ideyasi

  1. Muzdlu işçi kimi deyil, sahibkar kimi düşünməyi bacardığınıza əmin olduqdan sonra biznesinizi qurmağa başlaya bilərsiniz.
  2. Siz ilkin hazırlıq mərhələsini tam olaraq keçməlisiniz: bazarı – potensial müştəri və rəqibləri araşdırmalısınız və s.
  3. Siz bilməlisiniz ki, hədəflədiyiniz bazarda uğurlu biznes fəaliyyəti ilə məşğul olmaq üçün hansı bacarıq və vərdişlərə sahib olmalısınız. Bununla yanaşı, ehtiyacınız olan bacarıqların formalaşmasında sizə kömək edə biləcək köməkçi və konsultantlardan ibarət komanda qurmalısınız.
  4. Sizi gələcək rəqiblərinizdən daha üstün edəcək imkanları axtarıb tapmalısınız, eləcə də potensial müştərilərin gözündə digərlərindən fərqlənməyin yollarını fikirləşməlisiniz.
  5. Siz uğura gedən yolunuzu tam şəkildə ifadə edə biləcək biznes-plan tərtib etməli və öz biznesiniz üçün hüquqi baxımdan dayanıqlı bazanı formalaşdırmalısınız.

Biznes qurmaq üçün ideyalar tapmağın yolları

©banco.az