Biznes ideyanız uğurludurmu?

Date:

Paylaş:

Hər il bir çox biznes şirkətləri qurulur, lakin bunların çox az hissəsi uğurla fəaliyyətini davam etdirir. Əsasən bizneslə bağlı ideyaların uğurlu olub-olmadığını göstərən 2 xüsusiyyət vardır:

  1. Sadədirmi ?
  2. Hər bir problemi faktiki olaraq həll edirmi ?

Aşağıda bu xüsusiyyətləri daşıyan yeni biznes ideyalarını görə bilərsiniz. Bu ideyalar olduqca sadə bir yolla faktiki və real problemləri həll edə bilir.

Eatabit

Sifariş etmək üçün  bir restorana zəng etməyi sevmirsinizmi ? Hər dəfə eyni sifarişi verməyinizə və təkrarən yoxlamağınıza baxmayaraq sifarişiniz yanlışmı gəlir ?

Eatabit bu problemi həll etmək üçün yaradılmışdır və bunu telefondan sms vasitəsilə həll edirsiniz. Yemək sifariş etmək üçün telefonla zəng etmək yerinə mesaj yazmaq daha rahat deyilmi?

Eatabit ən sevdiyiniz restorana mesaj vasitəsilə sifariş verməyinizə yarayır. Əgər bir problem yaranarsa mesajı restorana göstərməyiniz kifayətdir.

Zubie

Böyük ehtimalla nə vaxtsa avtomobilinizin akkumulyatorunun  gözləmədiyiniz bir anda bitdiyinin şahidi olmusunuz. Əslində avtomobil qəzalarının 50 %-i akkumulyatordan qaynaqlanır.

Zubia bu problemi həll edir. Maşınınızın idarəetmə panelinə Zubieni taxaraq hərəkət şablonlarını, avtomobilinizin vəziyyəti haqqında yararlı bilgilər əldə edə bilərsiniz.

Zubie maşınınza bağlı olduğu müddət ərzində məlumat toplayır. Oğurlanma, akkumulyatorun bitməsi zamanı siqnalizasiyanı işə salır. Eyni zamanda avtomobili iş üçün istifadə edirsinizsə, həm şəxsi, həm də iş üçün istifadə etdiyiniz zamanlarda qət etdiyiniz məsafəni ayrı-ayrılıqda bildirir.

Podanize

Valideyn olaraq yaşanılan ən böyük problemlərdən biri uşaqlarınızın günlük fəaliyyətini izləməkdir. Rəqs dərsləri, hazırlıqlar, idman kimi fəaliyyətlər günlük proqramda qarışıqlığa səbəb ola bilir. Bununla bağlı həyat yoldaşınızla daim söhbətlər edərək bu problemi həll etməyə çalışırsınız. Elə bu məqamda Podanize sizə kömək edə bilər. Online bir platform olan Podanize kompüteriniz, planşetiniz və telefonunuzda, sizin və ailənizin günlük təqvimini istədiyiniz və işinizə yarayacaq formada təşkil edir.

©biznesmen

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...