Əsas səhifə Biznes Biznes angellər və onların vençur kapitalistlərdən fərqi

Biznes angellər və onların vençur kapitalistlərdən fərqi

135
PAYLAŞ

Kiçik və orta həcmli bizneslərin maliyyələşmə mənbələrindən biri də biznes angellərin vasitəsilə maliyyələşmədir.

Biznes angellər hələ ideya mərhələsində olan biznes ideyaların reallaşmasına pul yatırmağa hazır olan imkanlı şəxslərdir. Bu cür maliyyələşmə çox riskli hesab olunur. Bu cür maliyyələşmə əksər hallarda qeyri-rəsmi olduğundan lazımsız sənədlər təqdim etməyə ehtiyac qalmır.Angel investorları cəlb edən sizin ideyanızdır və bu varlı amma əksər hallarda yaşlı investorlar uğurlu olacaqları ideyaya yüz minlərlə pul xərcləməyə hazırdırlar.Angellərin vençur kapitalistlərdən əsas fərqi ondadır ki, angellər öz şəxsi pullarını cəlb etdikləri halda vençur kapitalistlər başqalarının pullarının cəlb olunmasına şərait yaradırlar.Angellər pulla yanaşı sizə öz təcrübələrini də verməyə hazır olan səbrli şəxslərdir, əsas odur ki, siz ideyanızın uğurlu olacağına onları inandıra biləsiniz. Bunun üçün lazımi qaydada tərtib olunmuş biznes plan, cəlbedici ideya və investorun sizin bu işin öhdəsindən gələcəyinizə inanması kifayət edir. Ümumiyyətlə qeyd edək ki, layihənin həyat tsiklini beş mərhələyə bölmək olar.

  1. Toxum – sadəcə biznes planın mövcud olduğu mərhələ. 2. Start-up Şirkət artıq fəaliyyətə başlayıb.
  2. İlkin mərhələ – şirkət artıq məhsulu bazara çıxarıb.
  3. Genişlənmə – şirkət fəaliyyəti genişləndirməyə başlayır və bunun üçün daha çox kapital cəlb etməli olur.
  4. Çıxış – Biznes angel gözlədiyi pulu əldə edir və layihədən çıxır. Bu angelin səhmləri fond birjasında açıq şəkildə, qapalı olaraq investora yaxud şirkətin sahibinə satması yolu ilə baş verir və bu təxmini 3-7 il zaman alır.

Qeyd-edək ki, biznes angel vençur kapitalistlərdən, banklardan fərqli olaraq şirkətə birinci toxum mərhələsində investisiya yatırmağa hazırdırlar.Angellər öz əlaqələrindən istifadə edərək layihəyə öz kapitalları ilə yanaşı daha çox kapital cəlb etmək üçün vençur kapitalistlərin və bankların köməyindən istifadə etməsinə də nail ola bilərlər.

Apple və Google kimi iri şirkətlərin qurulması angel maliyyələşməsi yolu ilə reallaşıb. Angel kapitalının ən çox yayıldığı bölgə Amerikada yerləşən məşhur Silikon Dərəsi ilə bağlıdır. Bu gün angel kapitalı nəhəng ABŞ və Birləşmiş Krallıqla yanaşı qonşu Rusiya Federasiyasında da yayılmışdır.Angellər müxtəlif təşkilatlarda birləşmiş ola bilərlər. Ən məşhur təşkilatlara misal olaraq Angels Den, Nyu-York Angelləri, İnnovasiya Anbarı kimi təşkilatları misal göstərmək olar. Super angel kəliməsinə də rast gələ bilərsiniz. Tipik angellərdən fərqli olaraq, super angellər daha ixtisaslı və savadlı şəxslərdir və investisiya qoyuluşu onlar üçün əlavə qazancdan çox ilkin qazanc rolunu oynayır.

Müəllif Sevinc İsmayılova