“Biznesə başlamağım çox anidən olub”

Date:

Paylaş:

Elnur bəy, mümkünsə özünüzü təqdim edin.

Mən Elnur Anazarov Əlləz oğlu. 13.09.1984-cü ildə Gürcüstanın Kosalar kəndində anadan olmuşam. 2007-ci ildə Azərbaycan Beynalxalq Universitetinin nəqliyyat fakültəsini bitirmişəm. İxtisasca yer altı və yerüstü nəqliyyatın təşkili və istismarını bitirmişəm. Ailəliyəm, iki övladım var, bir qız bir oğlan. Texniki sahədə 22 növ peşə sahəsini bilirəm. 10-a yaxın tələbəm olub. Siyasi idarəçilik qabiliyyətim var.

Biznesə nə zaman başlamısınız?

Biznesə başlamağım çox anidən olub. İş qrafiqim cox məsiliyyətli və gərgin idi. Texniki sahədə digər mühəndislərin işlərini tamamlamaqda dəstək olurdum, məsləhətlərim olurdu. Texniki sahələrdə yaşca özümdən böyük mühəndislərə, iş icraçıları ilə, lahiyə rəhbərləri ilə görüşlərdə olub öz məsləhətlərimi və təkliflərimi irəli sürürdüm. Bir anlıq öz özümə də sual yarandı. Başqalarına məsləhət verirəm, başqalarının işlərini görürəm. Niyə də özüm bu işləri görmürəm?! Nəyə görə Azərbaycanda yerli şirkətlər azdır, nəyə görə böyük tikinti işlərini, bahalı texniki sahələri xarici şirkətlərə həvalə edirlər?! Bizdə yerli yaxşı şirkətlər yoxsa işini bilən bacarıqlı mühəndislərimiz yoxdur? Bundan sonra qərarımı verdim. Çalışdığım iş yerində gündəlik gərgin iş altında olduğuma baxmayaraq paralel olsa da niyyətimə nail oldum.

Şirkətiniz hansı sahədə fəaliyyət göstərir?

General Technical Servis şirkəti bir çox müasir texniki sahələri özündə cəmləşdirir. İnsanların rahat təhlükəsiz yaşamaları üçün bütün tələb olunan texniki işlər görülür. Adından görüldüyü kimi iş təhvilindən sonra aylıq servis xidməti də göstərilir.

Şirkətimiz işə yanaşma tərzi ilə özünə məxsus yer tutacaq. Şirkət olaraq ən əsas mövqeyimiz regionun ən etibarlı və müvəffəqiyyətli şirkətlərdən biri olmaqla, bu yolda lazımı bütün enerji və əməyi sərf edərək mütəxəssislər tərəfindən ən çox tərcih edilən şirkətə çevrilməkdir. Bu missiyanı təcrübə və ixtisaslı gənc komandamızın əməyi sayəsində həyata kecirdəcəyik.

GTS- şirkəti qurduqdan sonra bir necə iş görüşmələrim oldu. Yüksək səviyəli iş adamlarından görüş təklifləri aldım. İlk görüşlər xoş təəssürat yaratdı mənim üçün. Gözləmədiyim tanınmış şəxslərlə, iş adamları ilə görüşmələrim oldu. Təbii ki, bu görüşmələrim, bu tanışlıqlar mənim işə yanaşma tərzimi və nə qədər ciddi tələbkar olduğumu bildirir. Çalışıram hər bir işin ən sadə yolunu seçim ki, qarşı tərəfin istəklərində minimum dərəcədə büdcəsinə qənaət edə bilsinlər.

Öz işinizi nə qədər sərmayə ilə qurmusunuz?

Öz işimi qurmaqda cox miqdarda vəsaitə ehtiyac olmadı, yalnız lazımı sənədlərə, internet səhifəsinə və digər işlərə vəsait xərcləndi. Çalışırdım ki, maddi baxımdan xərclərim çıxmasın deyə ən çox üstünlük fiziki gücümə düşdü. Əziyyətli olsa da çətin olsa da nəticəsi yaxşı oldu.

İş qurmazdan qabaq harada çalışmısınız?

Biznez qurmazdan öncə mən hər bir mühəndisin, hər bir işçinin arzu və xəyal etdiyi yerdə işləmişəm. İri miqyasli böyük dövlət səviyyəli lahiyələrdə iştirak etmişəm. Daha sonra Turizm sektorunda brend hotel şəbəkələrinin birində mühəndis şöbəsində müdir müavini işləmişəm, bir müddət direktor əvəzi çalışarkən, başqa şirkətdə rəhbər vəzifəsində çalışmışam. İşdən sonra işə gedirdim. Hal hazırda da Azərbaycanda tanınmış iri və ciddi şirkətlərin birində işləyirəm.

İş qurmaq istəyən gənclərə nə kimi məsləhətlər verərdiniz?

İş qurmaq istəyənlərə tövsiyyəm odur ki, həyatda pul xatirinə işləməsinlər. Bir sitat yadıma düşdü, hansı ki bu sitat həmişə mənim ücün bayraq olub. Ulu öndərmizin bir gözəl kəlamını qeyd etsəm tam yerinə düşər. Sitat belədir: “Nə olursan ol, olduğunun birincisi ol. Çəkməci ol ama işinin sənətkarı ol. Hamı sənə gələcək. İşlərini sevərək, zövq alaraq işləsinlər. Gördükləri işləri sona qədər səliqəli yerinə yetirsinlər. Azərbaycanda iş qurmaq çox çətin olsa da buna çox aludə olmasınlar, yaxşı olarkı öz üzərlərində işləməyə davam etsinlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...