Bitkoinin qiyməti 2100 dollara çatıb

Date:

Paylaş:

Bitkoinin dünya birjalarında satış qiyməti bu gün, mayın 22-də tarixi rekord həddə – 2 100 ABŞ dollarına çatıb. Bitkoinin qiyməti hazırda mayın 19-u ilə müqayisədə 102 dollar və ya 5,1% artıb.

Bitkoinin qiymətinin artmasına səbəb kimi qlobal siyasi qeyri-müəyyənlik göstərilir. Yaponiya və Cənubi Koreyada bitkoinə yaranan tələbat kriptovalyutanın qiymətini tarixi rekord həddə çatdırıb. Qeyd edək ki, bir qədər əvvəl Yaponiya hökuməti bitkoinin qanuni ödəniş vasitəsi kimi istifadəsinə icazə verib. Bu da öz növbəsində bitkoinlə əməliyyatların həcmini artırıb.

Xatırladaq ki, hazırda bitkoin bazarının kapitallaşması 34,15 mlrd. ABŞ dollarına yüksəlib. Müqayisə üçün xatırladaq ki, bitkoin bazarının kapitallaşması aprel ayının 25-nə 20,6 mlrd. dollar təşkil edib.

©report

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...