Əsas səhifə Birja Bitcoinin qiyməti 500 min dollara çata bilər

Bitcoinin qiyməti 500 min dollara çata bilər

262
PAYLAŞ

Qlobal bazarda bitkoinin qiyməti 2030-cu ilə qədər 500 min ABŞ dollarına çata bilər. 

“Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, bu proqnozu “The Wall Street Journal”a “Snapchat” mobil əlavə şirkətinin yaratdığı kriptovalyutaya ilk investisiya edən Ceremi Lyu (Jeremy Liew) verib.

“McAfee” antivirus proqramının yaradıcısı Con Makafi (John McAfee) isə bitkoinin 500 min dollar həddinə daha tez, 3 ilə çatacağını bildirib.

Qeyd edək ki, bu gün bitkoinin qiyməti 4 750 dollar səviyyəsinə çataraq tarixi rekordunu yeniləyib. Bu da bitkoinin ilin əvvəlindən 350% bahalaşması deməkdir. Nyu-Yorkda yerləşən “Bespoke Investments” şirkətinin ekspertləri isə öz növbəsində bitkoinin qiymətindəki artımı texnologiya, biotexnika kimi şirkətlərin səhmlərinin bahalaşması ilə müqayisə ediblər. Müşahidələr göstərir ki, bu tip şirkətlərin səhmləri maliyyə bazarlarındakı “bum” zamanı təxminən 1000% bahalaşıb. Bitkoin isə artıq 2 dəfə bundan çox bahalaşma göstərib.

PAYLAŞ